BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda inanılmaz fırıldaq: qızla kafeyə gedir, 250 manatlıq hesab gəlir - VİDEO

Bakıda inanılmaz fırıldaq: qızla kafeyə gedir, 250 manatlıq hesab gəlir - VİDEO

27-10-2016, 12:35
Oxunub: 3 491 Bakıda inanılmaz fırıldaq: qızla kafeyə gedir, 250 manatlıq hesab gəlir - VİDEOO, başına gələnləri çəkdiyi videoda gənclər üçün danışıb

Emil Əmiraslanov adlı Bakı sakini, bir qrup fırıldaqçının əməlini üzə çıxardıb.

Bolgexeber.com Bizimyol.info-ya istinadən xəbər verir ki, onun tanışlarından biri fırıldaqçıların qurbanı olub.

“Dostumun həmyerlisi internetdə bir qızla tanış olub. Xanım pul qarşılığında oğlana intim münasibət təklif edib. Dostumun həmyerlisi xanıma zəng edib və görüş təyin ediblər. Xanım bildirib ki, Nizami metro stansiyası yaxınlığında görüşəcəyik. Nizami metro stansiyasına gələn zərərçəkən, xanımın təklifi ilə binalardan birinin zirzəmisində yerləşən kafelərdən birinə daxil olub.

Onlar bir masada əyləşdikdən sonra ofisant masaya içki gətirib. Təxminən 3 dəqiqədən sonra xanım masadan qalxıb və ofisant əlində 250 manatlıq hesabla oğlana yaxınlaşıb. Ofisant bildirib ki, xanım Şotland içkisi içib. Elə bu andan sonra oğlanın həmin kafedən çıxması mümkün olmur”, - Emil Əmiraslanov deyib.

Emilin dediyinə görə, masaya hesab gəldikdən sonra oradan çıxmaq mümkün olmur: “Həmin məkanda olan qəribə görünüşlü şəxslər, pulu verməyənləri döyürlər, işgəncələr verirlər. Hətta eşitdiyimə görə, bir nəfəri hədələyiblər ki, ya pulu verməlisən, ya da anana zəng edəcəyik və o, bura gələcək”.

Emil Əmiraslanov bildirib ki, o, danışılanların həqiqət olduğunu öyrənmək üçün həmin məkana gedib. O, başına gələnləri çəkdiyi videoda sosial şəbəkə istifadəçiləri üçün danışıb və aidiyyəti qurumlardan bu məsələ ilə bağlı maraqlanmasını xahiş edib.

Daha ətraflı məlumatı videodan izləyə bilərsiniz.