BolgeXeber.Com » Xəbərlər » "UniBank" vətəndaşın "qanına susayıb"? - ŞOK İDDİA (AUDİO)

"UniBank" vətəndaşın "qanına susayıb"? - ŞOK İDDİA (AUDİO)

27-10-2016, 16:02
Oxunub: 2 249 Son vaxtlar "Unibank”ın ölkədə "at oynatması” oxucularımız tərəfindən etirazla qarşılanır. Bu özbaşınalıq bankın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, bank rəhbərliyinin bundan xəbərinin olması isə daha dəhşətlidir.

Bəli, söhbət vətəndaşları cana yığan, hətta onları intihar həddinə çatdıran "Unibank”dan gedir.

Miq.Az-a daxil olan məlumata görə, "Unibank”ın insanlara qarşı atdığı bu tip addımlar görünür ona "krişalıq” edən adamın yüksək səlahiyyət sahibi olmasından xəbər verir. Bankın qanunlara məhəl qoymamasının əsas səbəbi də məhz budur.

Bankın kredit faizlərində fırıldaq edərək, müştərilərin hesabına əlavə borclar yüksələməsi, müştəriləri aldadaraq, fırıldaq yolu ilə pullar qazanması, "Albalı” kart kimi fırıldaq şəbəkəsini qurması artıq məlumdur. Hələ borcu olan müştərilərin şəxsi əmlakını qeyri-qanuni yolla müsadirə edərək, bazar qiymətindən iki, yaxud üç qat ucuz qiymətə almasını demirik. Bütün bunlar ölkə mediasının zaman-zaman gündəmini zəbt edib. Lakin bütün bunlara baxmayaraq, "Unibank”ın qanunsuz fəaliyyətini nəinki dayandıran, ümumiyyətlə bu haqda danışan belə yoxdur. Məhz bu faktordan çıxış edən bank "fəaliyyətini” daha da genişləndirərək, müştərilərin şəxsi həyatına qədər müdaxilə etməkdən çəkinmir.

Təxminən iki ay öncə mediada yayılan bir şikayət bunu əyani şəkildə sübut edir.

38 yaşlı Bayramov Mübariz İsaxan oğlu"Unibank”da qarşılaşdığı fırıldaqlardan bəhs edir.

"Sonuncu dəfə 3 il bundan öncə 1000 manat pul götürdüm. Orda 1800 manat pul yazdılar, qalıq borclarımı silib mənə 800 manat pul verdilər. Kredit üçün heç bir sənəd təqdim etmədim. Tək şəxsiyyət vəsiqəsi ilə, usta kimi fəaliyyət göstərdiyimə görə vermişdilər. Həm də bu kreditdən əvvəl götürdüyüm kreditlərin hamısını vaxtlı-vaxtında ödəyirdim deyə onların daimi müştərisi idim. Sadəcə son zamanlar işim olmadığından maddi vəziyyətim pisləşdiyinə görə kredit ödəmələrimi altı ay gecikdi. Gecikmələrimlə bağlı dəfələrlə banka çağırıblar. Hər dəfə də getmişəm. Axrıncı dəfə isə Xətayi rayonu ərazisində yerləşən "Unibank”dan mənə zəng gəldi. Özünü bankın problemli şöbəsinin hüquqşünası kimi təqdim edən şəxs məni təcili banka çağırdı. Mən də öz növbəmdə həmin şəxsin dəvətini qəbul edib banka getdim. Ora çatan kimi mənimlə telefonda danışan şəxs məni hədələməyə və təhqir etməyə başladı. Sonra otaqda ciblərimi axtararaq, cibimdəkiləri boşaltdı. Hələ bundan başqa o mənə "orda olan şkafı görürsən, ödənişi etmədiyin üçün səni ora salacam və polis çağırıb dələduz kimi təhvil verəcəm”,- dedi. Onun bu sözlərindən çox qorxmuşdum, heç nə də edə bilmirdim, çox əlacsız idim. Amma polis çağırmadı. Əvəzində mənim telefonumu əlimdən alıb ailə üzvlərimin nömrələrini götürdü. Sonra qardaşıma və qohumlarıma zəng edib, mənim kreditimi ödəmələrini əmr etdi. Qardaşım danışandan sonra bankda olan, tanımadığım şəxs ondan məni buraxmasını istədi. Və dedi ki, burax amma vaxt al gətirib ödəsin. O da mənə "indi səni buraxıram, get, hardan dilənirsən dilən, amma 100 manat gətir, krediti ödə”, -deyib buraxdı. Mən də orda ona söz verdim ki, hardan pul tapsam gətirib ödəyəcəm. Sonra gedib komputerim var idi, onu satıb 50 manat aparıb ödədim, onlar da mənə çek verdilər. Axrıncı ödənişimin vaxtdan 1 ay keçdi. Bir aydan sonra "Amay”ın yanındakı filiallarına çağırıb məni hədələyən oğlan yenə zəng etdi. Bu dəfə də məndən ödəniş etməyimi tələb etdi. Mən də ona dedim ki, qardaş, vallah imkanım yoxdu. O da pulun yoxdu, get, oğurluq elə, bank yar, nə istəyirsən elə, gətir pulu ödə deyə cavab verdi. Mən etiraz edərək bildirdim ki, onu bacarmaram. O da mənə əgər onu bacarmırsansa, get, orqanını sat dedi”.

Mübariz Bayramov "Unibank”ın əməkdaşından "yaxşı, orqanımı satıram, amma hara satım? Hansı xəstəxanaya gedim?” deyə soruşur.

Bank əməkdaşı onu 1 saylı şəhər klinik xəstəxanasına (Semaşko) göndərir.


Cavab həqiqətən də dəhşətlidir: "Dedi hə, get ora, mənim adamım var, ona deyəcəm səni qarşılayacaq. Mən alıram böyrəyini. Mən də dedim ki, sən alırsan? Dedi hə. Dedim neçəyə? Qiymətin demədi. Dedim yaxşı 20 dəqiqəyə ordayam. Evə də qorxumdan getmirəm ki, gəlib tutub apararlar. Mən də məcbur qalıb getdim xəstəxanaya. Çatana yaxın həmin şəxs mənə zəng edərək çatıb çatmadığımı soruşdu. Dedim çatıram orda hara girim? Hansı palataya, neçənci mərtəbəyə istəyirsən de girim. Mənə dedi ki, gözlə bir dəqiqəyə sənə zəng edib xəbər edəcəm.
"UniBank" vətəndaşın "qanına susayıb"? - ŞOK İDDİA (AUDİO)
Bir müddət keçdi zəng etmədi. Xəstəxanaya daxil olub pilləkəni qalxanda iki həkim keçirdi, onlardan soruşdum ki, "Unibank”ın xəstəxanası burda hansıdır? Zəhmət olmasa deyin də mənə. Onlar da məndən nə olub deyə soruşduqda böyrəyimi satıb bankın borcunu bağlamaq istədiyimi dedim. Həkimlər mənə "get burdan, bunu kim eşitsə səni həbs edər” dedilər. Mən də özüm özümə təəccüblənərək inanmadım. Oradan ayrılıb dayanacağa yaxınlaşdım. Dayanacaqda iki cavan oğlan dayanmışdı. Onlardan da soruşduqda elə bir yeri tanımadıqlarını dedilər. Mən də daha bank əməkdaşına zəng etmədim və evə gəldim. Ondan sonra da nə qədər zəng etdi, sözün açığı qorxumdan cavab vermədim. Onu da deyim ki, o, hər dəfə zəng edəndə məni xoşagəlməz, təhqiredici sözlərlə söyüb, hədələyirdi”.

Göründüyü kimi, "Unibank” müştərilərdən borclarını ödəmək üçün orqanlarını satmağı tələb edir.

Ötən həftə Miq.Az-a müraciət edən şikayətçi isə bankın onu intihar həddinə çatdırdığını bildirmişdi.

Şikayətçi deyir ki, o kreditini vaxtında ödəyib, lakin bank "gecikdirmələr” bəhanəsi ilə onun hesabına əlavə 14 manat borc yazıb. Həmin məbləğin gecikdirilməsinə görə, onun ailə üzvləri, yaxın qohumları narahat edilib.

"Digər tərəfdən, bu şəxsi həyata müdaxilədir. Təsəvvür edin ki, hansısa kiçik məbləğə görə bank sizin bütün qohumlarınıza zəng edərək, borcun ödənilməsini tələb edir. Sonra da bankın zəng etdiyi insanlar bir-bir sizə zəng edərək, məlumat verir. Bu nə deməkdir? Bu insanı intihar həddinə çatdırmaqdır”, - deyə şikayətçi bildirib.

(http://miq.az/az/unibank-14-manata-gre-vetendasi-intihar-heddine-catdirdi-sok-faktlar/).

Birinə böyrəyini satdırır, birini intihara məcbur edir

Bütün bu faktlar "Unibank”ın nəinki qanunları, humanizm qaydalarını da tapdaladığını göstərir. Bəs bankın arxalandığı və məhz buna görə bütün bu qanunsuzluğu törətməsini bank rəhbərliyi və ona himayədarlıq edənlər necə qarşılayır?!

Miq.az-a Masallı rayonu Kubin kənd sakini Ağayev Isaq Əziz oğlu tərəfindən "Unibank"la bağlı daxil olan ŞİKAYƏT məktubunda vətəndaş yazır:

Hörmətli Miq.Az saytının rəhbərliyi!

"Sizə məlumat üçün bildirmək istəyirəm ki, təqaüdçüyəm, limfostaz xəstəliyindən əziyyət çəkirəm. 7 yanvar 2015-ci ildə xəstəliyi müalicə üçün "Unibank"a kredit üçün müraciət etdim. Müqavilədə 1500 ABŞ dolları məbləğində pul yazıldığı halda mənə, 1170 AZN verildi. Həmin pul 1 il müddətinə kreditə verildi. Bankın kredit mütəxəssisi Seyidağa mənə dedi ki, 12 ay ərzində hər ay 115 AZN ödəyərsiniz. 2016 cı ilin yanvar ayında axırıncı dəfə ödəniş etdim və Seyidağa mənə dedi ki, dolların kursu qalxdığı üçün siz əlavə olaraq üç ay da kredit ödəməlisiniz. Mən də fevral və mart ayında 115 manat, aprel ayının 4-də isə 120 AZN banka pul ödədim (qəbzlərin surəti əlavə olunur). Bunula da banka olan borcumu tam şəkildə ödədim. Oktyabr ayında Seyidağa mənə zəng edərək dedi ki, sizin 204 dollar yəni 320 manat borcunuz var. Gəlin onu 4 ay ərzində hər ay 80 manat ödəyin. Siz bizim nümunəvi müştərimiz olmusunuz. Əks halda, məhkəməyə müraciət edəcəyik. Dedim ki, siz məni kim hesab edirsiniz? Sizdən 1170 manat kredit alıb əvəzində 1730 manat pul ödəmişəm. Məni aldadıb dollar əvəzinə manat vermisiniz, indi də məni özünüzə borclu çıxarırsınız. Mənim şahidlərim də var. Sizdən cənab prezident İlham Əliyevə və lazımi orqanlara şikayət edəcəyəm.

Hörmətli redaksiya!

Sizdən məsələnin işıqlandırmasını və hüqüqlarımın pozulmaması üçün bizə kömək etməyinizi xahiş edirik."

Hər-halda "Unibank”ın etdikləri belə düşünməyə əsas verir ki, bank və bank rəhbərliyi Azərbaycan qanunlarına hörmətsiz yanaşır.


ANONS

Növbəti yazımızda

"Unibank" iş adamının ofisini əlindən necə almaq istəyir?

80 min manat borcu 120 000 ABŞ dollarına necə çevirdilər?

"Unibank"ın da "xüsusi təcridxanası" varmış?

"Xüsusi təcridxana" harda yerləşir və müştərilər hansı təzyiq altında dindirilir?

Bütün bunlar şikayət materialları əsasında hazırlanmış növbəti materialımızda.

Bizi izləyin!
"UniBank" vətəndaşın "qanına susayıb"? - ŞOK İDDİA (AUDİO)
"UniBank" vətəndaşın "qanına susayıb"? - ŞOK İDDİA (AUDİO)
"UniBank" vətəndaşın "qanına susayıb"? - ŞOK İDDİA (AUDİO)