BolgeXeber.Com » Dünya » SƏUDİYYƏ KRALI VƏFAT EDİB

SƏUDİYYƏ KRALI VƏFAT EDİB

20-12-2010, 15:30
Oxunub: 5 881 Bu iddia ilə ərəb internet saytları və forumları çıxış edib

"Bolgexeber.com"-un verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləzizin vəfat etməsi barədə xəbər yayılıb. Kral Əbdüləzizin bu gün Amerikada vəfat etdiyi, lakin xəbərin ölkədə qarışıqlıq yaradacağı üçün rəsmən elan olunmadığı bildirilir. Məlumata görə, 86 yaşlı Abdullah ibn Əbdüləziz 23 noyabr 2010-cu il tarixində müalicə üçün Amerikaya getmişdi. Xərçəng xəstəliyindən əziyyət çəkən və buna görə, Amerikaya gedən kralın vəziyyəti qəfildən pisləşib və o, həyatını itirib.

Qeyd edək ki, kralı Abdullah ibn Əbdüləziz Səudiyyə Ərəbistanını tərk edərkən öz yerinə şahzadə Sultan ibn Əbdüləzizi vəkil təyin etmişdi.