BolgeXeber.Com » BÖLGƏ TV » Valideynlər test kitabçaları almaqdan bezib-VİDEO

Valideynlər test kitabçaları almaqdan bezib-VİDEO

27-10-2016, 18:09
Oxunub: 2 963 Valideynlər test kitabçaları almaqdan bezib-VİDEOBəs Təhsil Nazirliyi məsələyə nə münasibət bəsləyir?

Orta məktəblərin əksəriyyətində şagirdlərdən hər fənn üçün əlavə test kitablarının alınması tələb olunur. Bu kitabçaların özləri kimi qiymətləri də müxtəlifdir. Bir fənn üzrə test kitabçasının qiymətini təxminən 5 manatdan götürsək və 4 fənndən bu kitabın alınması məcbur olunsa və üstəgəl bir dərs ilində ərzində bir necə dəfə alınmalıdırsa görün nə qədər xərc deməkdir. Bəs Təhsil Nazirliyi məsələyə nə münasibət bəsləyir?

4 manat, 6 manat, 8 manat və 10 manat... Məktəblilərin test kitablarının qiyməti ceyran belində.

Demək olarki, əksər məktəblərdə şagirdlərdən tələb edilən bu kitabcaların özləri kimi qiymətləri də müxtəlifdir.

Belə test tikablarının qiymətləri sinifə və nəşrinə görə dəyişir. Həmin qiymətlər Dövlət İmtahan Mərkəzi tərəfindən təyin olunur və hər kitabçanın üstündə qeyd edilir. Bəzi hallarda isə satıcılar bu rəqəmlərə məhəl qoymur və biraz da baha satırlar

Satıcıların sözlərinə görə kitabçalara maraq olduqca böyükdür. Hətta elə gün olur ki, günə 50-60 ədəd satırlar.

Valideynlər də test kitablarının uşaqlara çox aldırılmasından narazıdırlar.

Təhsil Nazirliyi isə müəllimlərin uşaqları test almağa məcbur etməsini düzgün saymır.



Əgər bununla bağlı valideynlərin hər hansı bir şikayət varsa Təhsil Nazirliyinə və 146 nömrəli qaynar xəttə müraciət edə bilərlər.