BolgeXeber.Com » Xəbərlər » “Ə, bu barədə danışmıram...” - “Azdrama”nın rəhbəri

“Ə, bu barədə danışmıram...” - “Azdrama”nın rəhbəri

27-10-2016, 18:12
Oxunub: 1 968 “Ə, bu barədə danışmıram...” - “Azdrama”nın rəhbəriXalq artisti Fuad Poladovun gənc həmkarı Hikmət Rəhimovun “Azdrama”dan haqsız yerə çıxarılmasına etiraz olaraq istefa verməsi dünəndən böyük müzakirələrə səbəb olub

Xalq artisti açıqlamasında teatrdan getdiyini bildirsə də, “Azdrama”nın mətbuat xidməti yayılan xəbərləri bu gün səhər təkzib edərək Poladovun istefa ərizəsi yazmadığını qeyd edib.

F. Poladov isə bir neçə saat əvvəl mediaya açıqlamasında sabah son tamaşaya çıxacağını və bununla da teatrla vidalaşacağını deyib.

“Qafqazinfo” məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayıb. Maraqlıdır ki, ölkənin ən tanınmış və istedadlı aktyorunun istefasını nazirlik biganə qarşılayıb.

Mətbuat xidmətindən“Qafqazinfo”ya bildirilib ki, qurum bu məsələyə qarışmır:

“Siz yaxşı olar ki, teatrın mətbuat xidməti ilə əlaqə saxlayın, onlardan rəy öyrənin”.

Daha sonra Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətovla əlaqə saxlasaq da, o da mövzu ilə bağlı danışmaq istəmədiyini qeyd edib.

Üstəgəl, teatra yeni rəhbər təyin olunan Nemətovun kobud danışıq tərzi də diqqətimizi çəkdi.

O, “Hə, nə olsun? Niyə yığmısız məni? Əə, bu barədə danışmıram, sağ ol” deyərək telefonu üzümüzə bağladı.