BolgeXeber.Com » BÖLGƏ TV » Sosial şəbəkələrdə yeni dələduzlar peyda olub - VİDEO

Sosial şəbəkələrdə yeni dələduzlar peyda olub - VİDEO

27-10-2016, 18:22
Oxunub: 3 163 Sosial şəbəkələrdə yeni dələduzlar peyda olub - VİDEO Açılan profilə xeyli sayda izləyici yığılır və sonra satışa çıxarılır

Məsələn, “Instagram”da bir səhifə açır, izləyici sayını çoxaldır və sonra həmin profili satması barədə elan verir. Pulu poçtla və ya bankla göndərirsən, amma profil sənin adına keçirilmir. Və beləcə, neçə insan aldadılır, pulları əllərindən alınır.
Bolgexeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə dələduzluğun yeni forması çıxıb.

Açılan profilə xeyli sayda izləyici yığılır və sonra satışa çıxarılır. Vay o günə ki, səhifəni aldığın adam səni aldada və pulunu əlindən asanlıqla ala.

Bakı sakini Yusif Baxşəliyev “Instagram” səhifəsinin pulunu göndərəndən sonra satan adam həmin səhifənin parolunu Yusifə verməli idi. Amma əksinə olub.

Belə hadisə çoxlarının başına gələ bilər. Buna görə də məsələnin hüquqi tərəflərini bilmək vacibdir.

Hüquqşünas Asif Abdullayev deyir ki, adətən, insanlar belə məsələləri ara söhbətləri ilə həll edirlər. Öz aralarında kobud şəkildə aydınlaşdırmaqdansa, hüquqi müstəvidə həllinə üstünlük vermək lazımdır.

Gənc rəssam Ozal Lətifoğlunun başına isə bir qədər fərqli hadisə gəlib. O, sifarişlə şəkil çəkir. Amma bu dəfə qarşısına çıxan insan sosial şəbəkədə ona sifariş versə də, indi şəkillərə yiyə çıxmaq istəmir.

Ozal deyir ki, bu şəkillərin çəkilməsinə vaxt, enerji sərf edib. Kağız və boyaya pul xərcləyib. Hüquqşunas bu məsələyə də aydınlıq gətirir.