BolgeXeber.Com » Gündəm » Nəriman Əliyevin “Ştutqartı”nda nələr baş verir?

Nəriman Əliyevin “Ştutqartı”nda nələr baş verir?

31-10-2016, 12:31
Oxunub: 8 826 Nəriman Əliyevin “Ştutqartı”nda nələr baş verir?Nəriman Əliyev haqqında araşdırma zamanı məlum oldu ki, “Ştutqart” mağazalar şəbəkəsi də ona məxsusdur

Yaşanan son devalvasiya isə cənab Əliyevin biznesinə ciddi zərbə vurmuşdu.Belə ki, son devalvasiyadan sonra Nəriman Əliyevin avtomobil hissələri satan mağazalarında alver kifayət qədər zəifləyib. Bu səbəbdən deputat şəhərdəki bir-neçə mağazanı bağlayıb. Məlumatlı mənbənin sözlərinə görə, "Ştutqart" mağazalarını deputatın yaxın qohumları işlədir.
Bolgexeber.com bildirir ki,indiyə qədər Almaniyadan Azərbaycana avtomobil hissələri gətirən bu mağazalar kifayət qədər gəliri olub. Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan "Ştutqart" mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş. Eldar Mahmudovdan sonra himayəçisini itirən Nəriman Əliyev hazırda gömrük rəsmiləşdirmələrindən yayına bilmədyi üçün böyük ziyana düşdüyü deyilir.
Həmçinin məlum oldu ki, adıçəkilən şirkətin müştərilərə təqdim etdiyi məhsulların böyük bir qismi olduqca keyfiyyətsizdir. Mənbələrin məlumatına görə, son dövrlərdə avtomobil ehtiyat hissələri bazarında üstünlük təşkil edən Çin istehsalı malları satışına ən çox “Ştutqart” mağazalar şəbəkəsinin fəaliyyətində rast gəlinir.
Belə hissələr sonda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Statistika göstərir ki, yol qəzalarının baş verməsində keyfiyyətsiz ehtiyat hissələrinin rolu böyükdür.
Hələ bu harasıdır, Nəriman Əliyevin mağazalar şəbəkəsinin mərkəzi ofisində və filiallarında belə hallar da olur ki, keyfiyyətsiz ehtiyat hissələri orijinal bağlamalarda satılır və satıcılar məhsullara zəmanət vermirlər.
Qeyd edim ki, "Ştutqart"dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat olan Nəriman Əliyevi hamı daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyır.
Bolgexeber.com