BolgeXeber.Com » Ölkə » Rasim Balayev Xalq artistinin müdafiəsinə qalxdı: "Əcəb edib, gedib"

Rasim Balayev Xalq artistinin müdafiəsinə qalxdı: "Əcəb edib, gedib"

29-10-2016, 16:29
Oxunub: 2 227 Rasim Balayev Xalq artistinin müdafiəsinə qalxdı: "Əcəb edib, gedib"“Fuad Poladov düz addım atıb”

Bolgexeber.com xəbər verir ki, bu sözləri AzNews.az-a Xalq artisti Rasim Balayev Fuad Poladovun Akademik Milli Dram Teatrından gedişinə münasibət bildirərkən deyib.

O, hesab edir ki, Fuad Poladov kimi aktyorun gedişi Akademik teatr üçün xoş hadisə deyil:

“Fuad Poladovun gedişini eşitdim. Çox üzüldüm. Görünür incidiblər, bu da xoşuna gəlməyib. Əcəb edib, gedib. Yəqin ki, teatr bu gedişlə çox şey itirəcək. Fuad kimi aktyor indi yoxdur, azdır. Gündən-günə azalırıq”.

R.Balayevin sözlərinə görə, Fuad Poladovun tamaşaçıları onu Rus Dram Teatrında izləyə bilər.

Xatırladaq ki, Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrı ilə yollarını ayırıb. O, aktyor Hikmət Rəhimovun işdən qovulmasına etiraz əlaməti olaraq belə bir addım atdığını deyib.