BolgeXeber.Com » Dünya » Bəşər Əsədi vitse-prezident də tərk etdi

Bəşər Əsədi vitse-prezident də tərk etdi

18-08-2012, 12:15
Oxunub: 4 045 Suriyanın vitse-prezidenti Faruk Şara postunu tərk edərək müxalifətçilərə qoşulub.

Bu barədə Əl Ərəbiyyə telekanalı xəbərə yayıb. Vitse-prezidentin 10 gün əvvəl sui-qəsd cəhdindən sonra Dəməşqdə yoxa çıxdığı və İordaniyaya gəldiyi deyilir.

Suriya azad ordusunun Hərbi Şurasının rəsmisi Luey Mikdad bildirib ki, ölkənin “iki nömrəli” şəxsi paytaxtı yüksək vəzifəli zabit dəstəsi və öz yaxınları ilə birgə tərk edib və hazırda təhlükəsiz yerdədir.

Dəməşqdən isə xəbərlə bağlı rəsmi açıqlama gəlməyib.