BolgeXeber.Com » Dünya » "2021-ci ilə qədər prezident olacağam" - Əsəd

"2021-ci ilə qədər prezident olacağam" - Əsəd

2-11-2016, 10:28
Oxunub: 2 537 "2021-ci ilə qədər prezident olacağam" - ƏsədBunu Bəşər Əsəd “New York Times” nəşrinə müsahibəsində bildirib

Suriya prezidenti Bəşər Əsəd üçüncü prezidentlik müddətinin sonunadək - 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətində olduğunu bildirib.

Bunu Bəşər Əsəd “New York Times” nəşrinə müsahibəsində bildirib.

Suriya prezidenti vurğulayıb ki, hökumət qüvvələri terrorçulara qalib gəlməyənədək ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür.

“Suriyada hazırda ictimai quruluşun vəziyyəti münaqişədən əvvəlki dövrdən daha yaxşıdır”, - deyə Əsəd qeyd edib.