Erməni porno ulduza bənzərliyi ilə hər kəsi şoka salan azərbaycanlı qız: “Kardaşyanı çox sevirəm” FOTO,VİDEO
2-11-2016, 11:16
Oxunub: 10 332
“Kanadanın Toronto şəhərində, azərbaycanlı ailəsində doğulmuşam. Şəhərin şimalındakı Riçmond səmtində yaşayırdıq”
Milli.Az bildirir ki, bunu Torontodakı “The Star” qəzetinə verdiyi müsahibəsində 21 yaşlıazərbaycanlı model Kamilla Osman deyib. Onun sözlərinə görə, indi çox məşhur olmasına sevinir.
ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış Kim Kardaşyanı əvvəllər tanımadığını deyən Kamilla sözlərinə belə davam edib: “Bizdə kabel televiziyası olmadığından Kardaşyanlar ailəsinin populyar “Keeping Up with the Kardashians” realiti-şousuna baxa bilmirdim. Sonra Kim Kardaşyanın internetdə fotolarına baxdım. Söz yox, Kardaşyan gözəl qadındır. Amma ona çox bənzədiyimi sanmıram. Simam, saçlarım, qaşlarım ona bənzəyir. Bəlkə də buna görə məni onunla müqayisə edirlər”.
Kamilla Osmanın dediyinə görə, Kim Kardaşyanın pərəstişkarıdır: “Onu çox sevirəm, çünki Kim Kardaşyan dünyanın ən gözəl qadınlarından biridir. Amma özüm olmaq istəyirəm. 15 yaşım olanda dodaqlarımın ölçülərini böyütdüm. Dodaqlarım atamın dodaqlarına bənzəyir: anamın dodaqları iridir. Burnumda çəpər əyrilyii olduğundan rinoplastika əməliyyatına da məruz qalmışam. Daha sonra burnumun ölçülərini dəyişdim”.
Kamilla Osmanın məşhurluğu Kim Kardaşyanın Twitter profilində onunla fotosunu paylaşmasından sonra başlanıb.
“Baxın, görün kimlə qarşılaşdım – Kamilla Osman! Deyirlər ki, bir-birimizə çox bənzəyirik. O gözəl və şən qızdır. Sənin iştirakınla “Keeping Up with the Kardashians”ın seriyasını gözləyirəm.
Kamilla “Keeping Up with the Kardashians” realiti-şousuna qatılıb.
İndi o, Kim Kardaşyanın “əkiz”i kimi tanınmaq istəmir
Kamillaosman.com saytını yaratmış Kamillə model və müğənni karyerasına başlamaq niyyətndədir. R&B janrında oxumaq niyyətində olan Kamillanın sözlərinə görə, Rianna və Brayson Tillerin ifalarını çox sevir.
Onun İnstagram-dakı profilinin daimi təqibçilərinin sayı isə artıq 359 min nəfəri keçib.
Elle jurnalına verdiyi müsahibəsində Kamilla Osman deyib: “Özüm olmaq istəyirəm və kiminsə kölgəsi kimi tanınmaq fikrindən uzağam”
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər