BolgeXeber.Com » Gündəm » Lerikin Orand kəndində acınacaqlı vəziyyət yaranıb-FOTOLAR

Lerikin Orand kəndində acınacaqlı vəziyyət yaranıb-FOTOLAR

2-11-2016, 17:00
Oxunub: 13 852 Lerikin Orand kəndində acınacaqlı vəziyyət yaranıb-FOTOLARSon zamanlar Lerik rayonu da problemlərin məngənəsində boğulan rayonlardan biridir

Rayon əhalisi kəndlərdəki sosial-iqtisadi vəziyyətdən daim gileylənirlər.Bolgexeber.com-un redaksiyasına daxil olan məlumata görə, Lerikin Orand kəndindəki çətin şərait illərdir sabit durumda qalıb.
Qarabağ şəhidi Əhəd Rzayevin adına olan Lerik rayon kənd orta məktəbində acınacaqlı mənzərə yaranıb. 8 sinif otağı olan məktəbdə 200-ə yaxın şagird təhsil alır. Ancaq uşaqların gələcəyini təmin edən təhsil ocağının siniflərində salamat divar, parta qalmayıb.
Lerikin Orand kəndində acınacaqlı vəziyyət yaranıb-FOTOLAR

Valideynlər məsələ ilə bağlı dəfələrlə Rayon Təhsil Şöbəsinə müraciət etsələr də qənaətbəxş cavab ala bilməyiblər.
Dövlət büdcəsindən yolların çəkilməsi üçün ayrılmış pullar doğru yöndə xərclənmədiyi üçün kənd ərazisində gediş-gəliş çətinləşib.
Ötən illərdə sakinlər prezidentə ünvanlanan məktublarının cavabsız qaldığını görüb, əksər KİV-dən istifadə edərək öz dərdlərini çatdırmışdılar. Həmin məktubun bir hissəsini sizə təqdim edirik:
Cənab prezident!
Rayonumuza təyin etdiyiniz icra başçısı R.Bağırov öz yaxın ətrafı ilə Sizin ona olan etimadınızdan sui-istifadə edərək səlahiyyətlərindən xalqın rifahını yaxşılaşdırmaq əvəzinə öz şəxsi mənafeyinə xidmət edən işləri görməklə həm biz vətəndaşların haqlarını yeyir, hüquqlarını kobudcasına pozur, həm də vətəndaşla Sizin aranızda olan bağlara böyük zərbə vurur. R.Bağırovun icra başçısı olduğu 9 il ərzində kəndimizin ağsaqqalları dəfələrlə kəndimizdəki problemlərin həllinə dair onun qəbulunda olsalar da, indiyə kimi heç bir nəticə olmamış və həmişə aldadıcı vədlər verilərək bütün problemlərimizin tezliklə həll ediləcəyinə söz vermişdir.
Biz də onun vədlərinə inanaraq 2015-ci ilin oktyabr ayına kimi gözləməli olduq. 2015-ci ilin oktyabr ayından əvvəl 60 nəfər kənd sakini sonra dəfələrlə 220 nəfər kənd sakini Sizə müraciət etməyə məcbur qaldı. Bunu görən R.Bağırov və onun “peşəkar komandası” müraciətdə imzası olan şəxslərin susdurulması üçün “susdurma əməliyyatına” başladı.
Lerikin Orand kəndində acınacaqlı vəziyyət yaranıb-FOTOLAR

Cənab Prezident! Rayonumuzda istənilən vətəndaş öz pozulmuş hüquqlarını müdafiəsinə görə və ya “məmur”ların özbaşınalığına, onların cinayət tərkibli əməllərinə görə hansı isə yuxarı distansiyalara müraciət etdikdə, məharətlə susdurulur. Bu “susdurma əməliyyatı”nı həyata keçirmək üçün hər bir vasitəyə əl atılır; kimini işdən qovmaqla və ya qohumun işdən çıxarmaqla hədələyir, bunlar da işə yaramadıqda şər-böhtan atmaq üsullarından istifadə olunur.
Ən universal “susdurma vasitə”lərindən biri hüquqların tələb edənlərə “dövlətə xəyanət damğa”sı vurmaqdır ki, bu da vətəndaşın dövlətə, qanunların aliliyinə olan inamına sarsıdıcı zərbə vurur, çünki bu “məmur”lar öz bütün qanunsuz əməllərini dövlət adından edir və kim bu əməllərə müxalif çıxırsa, bunu dövlətə “xəyanət” kimi qiymətləndirirlər. Qeyd edək ki, rayonumuzda korrupsiya və rüşvətin nüfuz etmədiyi sahə qalmayıb. Bütün sahələrdə rüşvət dövlət rüsumu kimi təqdim edilərək məcburi hal alıb. Bu cür “bacarıq” sərgiləməklə bu məmurlar həm öz qanunsuz əməllərinin ört -basdır edir, həm də vətəndaşla iqtidar arasında uçurum yaradır.
Bolgexeber.com
Lerikin Orand kəndində acınacaqlı vəziyyət yaranıb-FOTOLAR
Lerikin Orand kəndində acınacaqlı vəziyyət yaranıb-FOTOLAR
Lerikin Orand kəndində acınacaqlı vəziyyət yaranıb-FOTOLAR
Lerikin Orand kəndində acınacaqlı vəziyyət yaranıb-FOTOLAR