BolgeXeber.Com » Gündəm » Cavid Qurbanov niyə “BTV”-ni hədəf alıb?! FOTO

Cavid Qurbanov niyə “BTV”-ni hədəf alıb?! FOTO

3-11-2016, 12:18
Oxunub: 8 537 Cavid Qurbanov niyə “BTV”-ni hədəf alıb?! FOTOSentyabr ayının 16-da “Bolgexeber.tv” saytında yayımladığımız “Azyaşlı Fastfood qurbanları” adlı videomaterialımız deyəsən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovu narahat edib

Sentyabr ayının 14-də Zaur Mirzəzadə tərəfindən daxil olan şikayətə görə, həmin gün baş verən zəhərlənmə faktı ilə əlaqədar 3 azyaşlı uşaq xəstəxanaya yerləşdirilmişdi. Şikayətə əsasən məsələni araşdırıb, xəbər hazırlamış, hətta sözügedən KFC filialının rəhbərliyi ilə telefon bağlantısı yaratmaq istəyəndə, zənglərimiz cavabsız qalmışdı.
Dolğun məlumatlarla zəngin videomaterialımız sakinlərdə bu restoranlara qarşı ikrah hissi oyatmışdı.
Ölkəmizdə fəaliyyət göstərən şəxsi biznes sahələrində az da olsa pay sahibi olan Cavid Qurbanov bu məsələ ilə bağlı kanalımızı məhkəməyə verib. Halbuki kanalımızın rəhbəri əksər hallarda Cavid Qurbanovun tərəfini saxlayıb, seçkilərdə onun qatı təbliğatını aparıb.
Uzunmüddətli sakitçilikdən sonra sözügedən deputat haqqında araşdırma apardım və xeyli maraqlı faktlarla rastlaşdım. Onlardan bəziləri barədə yazacam.
Əvvəla onu qeyd etmək lazımdır ki, Cavid Qurbanov öz “əməlləri”nə görə ad çıxarmış məmurlarımızın arasında öz aktivliyi ilə seçilir. Yuxarıda yazdığım kimi, büdcə talantısından əldə olunan pullarla açılan qeyri-qanuni hər bir obyektdən az da olsa cənab Qurbanova “nəsə” çatır.
Xəbər saytlarında və sosial şəbəkələrdə dolaşan məlumata görə, Cavid Qurbanovun eyş-işrət məclislərinin həvəskarı olduğunu da öyrəndim. Belə ki, həmin məclislər bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova məxsus restoranda təşkil edilirdi.
Cavid Qurbanov niyə “BTV”-ni hədəf alıb?! FOTO

Restoran xarici görkəmi ilə başqalarından bir elə seçilmir, əksinə, sadə bir obyekt təsiri bağışlayır. Ancaq obyekt böyük bir ərazini əhatə edir və burada iri, hər cür şəraiti olan xüsusi təyinatlı zallar var. Onlardan biri C.Qurbanovun sərəncamındadır. Deputat işdən kənar vaxtlarını adətən məhz burada keçirir.
Deputatın qeyri-adi özəlliklərindən biri də budur ki, o, əyləncələrinə mütləq sənətkarların bir dəstəsini qatmalıdır. Əksərən də gecə saatlarında hansısa müğənni yadına düşür və onun ifasını canlı izləmək üçün həmin müğənnini restorana dəvət edir. Bu zaman müğənninin yatıb-yatmaması, bunu istəyib-istəməməsi deputatın qərarını dəyişmir - onu yuxudan oyadıb restorana gətirirlər. Təbii ki, onun əliaçıqlığını və ağlasığmaz qonorar ödədiyini bilən müğənnilər bu dəvətə qətiyyən etiraz etmirlər. (müğənnilərin adı anonim saxlanılır. Red.)Cavid Qurbanov niyə “BTV”-ni hədəf alıb?! FOTO
Həmin gecə “biznes ledi” ayamalı müğənnilərdən biri qayıdıb deyir ki, piano olmasa, o, oxuya bilməz; onu pianoda kimsə müşayiət eləməlidir. Xanımın kaprizi Cavid Qurbanovun nəşəsini əngəlləyə bilmir. Fərqlənmək, gücünü göstərmək üçün bundan da gözəl imkan ola bilərmi? Əsabələrinə tapşırıq verir - piano tapılsın və bu özündənrazı xanım müğənninin bəhanələri kəsilsin.
Gecə saat 2 radələrində piano mağazalarından biri açdırılır; bir piano seçilib, maşına yüklənir, aparılır; akomponiment üçün sənətkar da tapılır, yuxudan qaldırılır və məmurun əyləndiyi məkana gətirilir. “Biznes ledi” ancaq bundan sonra oxumağa başlayır...
İddialara görə həmin gecə Cavid Qurbanov onu əyləndirən müğənnilərə ümumilikdə 150 min dollar ödəyir.
Sadəcə əyləncəsi üçün belə dəhşətli rəqəmlərlə ölçülən pul ödəyən deputatın özü üçün hansı şəraiti yaratdığı da məlum məsələdir. Sadə insanları aldadan, haqqını tapdalayan belə “məmur”lar yardımamöhtac insanlara əl tutmaq əvəzinə, kef məclisləri qururlar.
Təbii ki hər şey bununla yekunlaşmır, araşdırmalara davam edirəm və Cavid Qurbanovun etdiklərimiz qarşılığında bizə niyə xilaf çıxdığını da öyrənəcəm.
Bu yazıda ortaya çıxan faktlar heç vaxt bizim tərəfimizdən işıq üzünə çıxarılmamışdı, ancaq Cavid Qurbanovun bizimlə yanaşı 30 xəbər saytını da məhkəməyə verməsi, rəsmən mətbuata qarşı “basqındır”. Biz bunun qarşılığında səssiz dura bilmərik. Tam qanuni çərçivədə görülən işlər Cavid Qurbanovun maraqlarına zidd olduğu üçün kanalımız məhkəməyə verilir. Mətbuat daim haqqın tərəfində olur, haqqı öz “çirkli pulları” ilə boğmaq istəyənlər isə məsuliyyət qarşısında cavab verməlidir! Onun bu hərəkəti qəti şəkildə qınanmalıdır.
Həmin saytların baş redaktorları məsələyə daha ciddi formada baxılması üçün prezident İlham Əliyevə müraciət edəcəklər.

Yazılanlarla bağlı qarşı tərəfin də fikrini dinləməyə hazırıq.
Həmin videomaterialı sizə təqdim edirik:


Bolgexeber.com