BolgeXeber.Com » Gündəm » Suraxanı sakinləri “AzGerneft”in direktorundan şikayət edir

Suraxanı sakinləri “AzGerneft”in direktorundan şikayət edir

4-11-2016, 12:08
Oxunub: 14 503 Suraxanı sakinləri “AzGerneft”in direktorundan şikayət edir"“AzGerneft” MMC rəhbərliyi başda Çingiz Həsənov adlı baş direktor olmaqla yenidən biz Azərbaycan vətəndaşlarına verilmiş ərazini neft hasil etmək adı altında zəbt edərək gələcəkdə nə qədər qazanc əldə edə bilmələri üçün müstəqil dövlətimizə və ictimaiyyətə qarşı təxribatçı işlərlə məşğuldurlar"

Suraxanı rayonunun bir qrup sakini “AzGerneft”in rəhbərliyinin əsassız və qanunsuz hərəkətindən Prezident İlham Əliyevə şikayət ediblər... Surəti Bolgexeber.com-a daxil olan şikayətdə deyilir:

Bakı (Az 1128) Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə sakinləri- Baxşəliyeva Sevil Vəli qızı və qeyriləri tərəfindən “ AzGerneft” MMC rəhbərliyinin qanunazidd hərəkətləri” barədə
Ş İ K A Y Ə T
Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 fevral 2000-ci il tarixli, 134 saylı sərəncamına əsasən Bakı-aeroport yolunun sol tərəfində yerləşən Hövsan Aerasiya stansiyasına məxsus olan lil meydançasının 47,5 hektar – lil meydançasının təşkili və fərdi yaşayış massivinin tikintisi üçün aşağıda göstərilən qaydada bölünmüşdür:
 10 hektar torpaq sahəsi “Bakıkanalizasiy” istehsalat Birliyinə Hövsan Aerasiya stansiyasının lil meydançasının təşkili üçün saxlanılsın.,
 --18.75 ha torpaq sahəsi Bakı şəhər İH-nin mənzil sahəsinin qeydiyyatı və təqdimatı əsasında Bakı şəhərinin başqa rayonlarından olan ların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə növbədə olan vətəndaşların yaşayış evlərinin tikintisi üçün Suraxanı rayon İcra Hakimiyyətinə təkim edilmişdir.
 --18.75 ha torpaq sahəsi Suraxanı rayonunda mənzil növbəsində növbəsi olan vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün Suraxanı rayon İH-nə təhkim edilmişdir.
Yəni, Bakı ş. İH-nin 134 saylı sərəncamına əsasən 2000-ci il tarixindən cəmi 37,5 hektar ərazi mənzil növbəsində olan ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi məqsədilə müvafiq sərəncamlar əsasında paylanmış və 2004-cü ilin iuyn ayınadək ərazı paylanıb qurtarmışdır. Həmin ərazidə hal-hazırda 1800 -ə qədər ailə bir 20 metrlik Mərkəzi küçə ( uzunluğu 2500 metr olan) və bu küçəyə perpendikulyar olan və hər 40 metrdən bir 10 metr enində 29 məhəllədaxili küçələrdən ibarət yaşayış massivi fərdi qaydada tikilib istifadəyə verilmişdir. Sözügedən ərazidə yaşayanların bir çoxu Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən 2005-2015-ci illər ərzində istifadə etdikləri mənzillərinin Çıxarışlarını əldə etmişlər. Yəni, Azərbaycanda yaşayan bütün sivil insanlar və təşkilatlar yaxşı başa düşürlər ki, vətəndaşın mülkiyyətinə çıxarışın verilməsi təsdiq edir ki, əmlak ona məxsusdur və dövlət tərəfindən qorunur. Belə olan halda, Dövlət Neft Şirkətilə Almaniyanın “Qrünveald” şirkəti arasında 1994-cü ildə bağlanmış şübhəli müqavilə əsasında yaradılan “AzGerneft” MMC – nın 2000-ci ildən salınmış yaşayış massivinə nə aidiyyatı ola bilər.?
Son vaxtlar “AzGerneft” MMC-tərəfindən qəsəbəmizdə yaşayan biz sakinlərə qarşı şikayət və iddia ərizələrində qeyd edirlər ki, “Bakı ş.İH-nin 31 yanvar 1963-cü il tarixli, 30/1477 saylı qərarıilə “Azneft” İB “Balaxanıneft” NQÇİ daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı torpaq sahələri ayırmışdır. Yəni, iddiada özlərinin də qeyd etdikləri kimi Sabunçu rayonu ərazisində yerləşən “Balaxanıneft” in balansına Balaxanı ərazisindəki müəyyən torpaq sahələri verilmişdir. Son illər istifadəmizdə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunuan hüquqları pozur və mənafeimizə toxunur.” Necə ola bilər ki, 2000-ci ilin fevralından vətəndaşlara paylanmış 37.5 ha torpaq sahəsində 16 ildir ki, iki mindən çox ev inşa olunmuş və biz insanlar yaşamağımızda davam edirik. O zaman sual olunur ki, 1994-cü ildən fəaliyyətdə olan “AzGerneft “ MMC- niyə evlər tikildikdən 16 il sonra ərazinin ona məxsus olması iddiası ilə çıxış etməyə görəsən nə vadar etmişdir? Niyə “AzGerneft” MMC Bakı şəhər İh-ti tərəfindən 1978-ci ildən “Bakkanalizasiya” İB-nə məxsus olan ərazinin yenidən bölüşdürülməsi barədə verdiyi 11 fevral 2000-ci il tarixli, 134 saylı sərəncamının ləğv edilməsi barədə iddia qaldırmağa indiyədək cürət edə bilməmişdir.?Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti mübahisələndirilən yaşayış sahəsində evlərə çıxarış verməzdi, əgər bu ərazi Neft şirkətinin ərazisinə daxil olsaydı.
Bir daha xatırlatmaq yerinə düşərdi ki, uzunluğu 240 metr və eni 10 metr olan və 29 belə məhəllədaxili küçənin 19-cu keçidində baş etibarnamə əsasında içərisində yarımçıqtikililə birlikdə topaq sahəsini almış cavabdehin məhkəmə çəkişməsinə cəlb edilməsi başadüşülən deyil. Digər tərəfdən 2000-ci ildən biz vətəndaşlara fərdi ev tikintisi üçün Bakı şəhər İH-ti tərəfindən verilmiş 37.5 hektar torpaq sahəsinin niyə məhz mərkəsi hissəsində yerləşən cavabdehə məxsus 400 kv.m ərazi mübahisələndirlir? Niyə “AzGerneft” MMC vətəndaşlara verilmiş 37.5 ha ərazinin 1 kv.m ərazisində bu günədək konkret olaraq hər hansı bir iş görə bilməmişdir? Bu ərazidə son 100 il ərzində neft hasilatına aid olan hər hansı detalın olmaması nə ilə izah edilə bilər ki, “AzGerneft” MMC ərazinin onlara məxsus olmasını əsaslandıra bilsin.
Xatırlatmaq yerinə düşərdi ki, 2011-ci ilin yazında Neft Şirkətinə aid olan helikopter əvvəlcə yaşadığımız 37.5 ha yaşayış massivi üzərində bir neçə dəfə dövrə vuraraq ərazinin xəritəsi hazırlanmış, saxta sənədlər tərtib edilərək guya bu torpaqların “AzGerneft” MMC-yə aid olması barədə səs-küy salınmış, Daxili İşlər Nazirliyi Mühafizə Polis İdarəsilə ərazidə hər hansı tikinti işlərinin aparılmamasıuilə bağlı 7000 manat aylıq ödəniş etməklə müqavilə bağlanmış və ərazi ciddi nəzarətə götürülmüşdür. Dərhal 104 ailənin imzasıilə dövlət başçısına və digər direktiv orqanalara ünvanlanmış şikayət ərizəsində “AzGerneft” MMC-nin ərazi iddiasıilə bağlı özbaşnalıqlarının qarşısının alınmasılə bağlı rəsmi müraciət edilmişdir. Şikayət ərizəsi 2011-ci ildə DİN-nin Bakı Baş Polis İdarəsinin müstəntiqi, polis polkovniki Arzu Əliyevin icraatına verilmişdir. Araşdırma zamanı müstəntiq əraziyə baxış keçirmiş, şikayətçilərdən izahat almış və mənzillərə dövlət orqanı tərəfindən verilmiş Çıxarış sənədlərini iş materiallarına əlavə etmişdir. Nəticədə, “AzGerneft” MMC-nin sabiq MTN əməkdaşı olan lider işçisi Fuad Babayev adlı şəxs vətəndaşlara qarşı törətdiyi özbaşnalığa görə cəzalandırlımış və işdən qovulmuşdur. Dövlət başçısının diqqətində olan bu məsələ ciddi rezonans doğurduğundan əraziyə iddialı olan “AzGerneft” MMC- mühafizə polislərini əraziyə göndərilməsinin dayandırlması barədə qərar qəbul etmiş və bir müddət “AzGerneft” MMC biz insanlara qarşı ərazi iddiasından əl çəkmişdir.
Budur, “AzGerneft” MMC rəhbərliyi başda Çingiz Həsənov adlı baş direktor olmaqla yenidən biz Azərbaycan vətəndaşlarına verilmiş ərazini neft hasil etmək adı altında zəbt edərək gələcəkdə nə qədər qazanc əldə edə bilmələri üçün müstəqil dövlətimizə və ictimaiyyətə qarşı təxribatçı işlərlə məşğuldurlar. Görünən budur ki, “AzGerneft” MMC hazırda ölkədə baş verən ağır iqtisadi-sosial durumudan istifadə etməklə yenidən ərazi iddiasını ortalığa qoymaqla 37.5 ha ərazidə 16 ildir ki, məskunlaşmış 4000 insanı dövlətə qarşı nifrət hissi aşılamaqla zonada xaos yaratmaq istəyirlər ki, sonda çirkin niyyətlərinə çata bilsinlər. Bizə məxsus ərazinin “AzGerneft” MMC-yə aid olmamasını təsdiq edən sənədlər:
1Dövlət Torpaq və Xəritəçəklmə Komitəsinin Bakı şəhər Şöbəsinin müdiri cənab N.A.Məlikovun “Korrupsiya və Cəmiyyət” Beynəlxalq ictimai-siyasi jurnalın baş redaktoruna ünvanladığı 01/04-1047 saylı, 22.07.2011-ci il tarixli rəsmi cavab məktubunda qeyd edilir: “Suraxanı rayonu, Bakı-Aeroprt yolunun sol tərəfində Bakı ş. İH-nin mənzil sahəsinin qeydiyyatı və təqdimatı əsasında Bakı şəhərinin başqa rayonlarında mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə növbədə olan vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün Suraxanı İh-nə təhkim edilmiş 18,75 ha torpaq sahəsi Dövlət Neft çirkətinin “Suraxanı Oyl Opereyşn Kompani S.A”Şirkətinin (keçmiş “suraxanıneft” NQÇİ) torpaq sahələrinin hüdudlarından kənarda yerləşir.”Suraxanı sakinləri “AzGerneft”in direktorundan şikayət edir
2. Dövlət Neft Şirkəti prezidentinin müavini Mikayıl İsmayılova ünvanlanmış digər rəsmi cavabda qeyd edilir ki, “Sizin SOCAR /15-1000\22\HMM-04-000065 saylı 22.10.2015-ci il tarixli məktubunuza cavab olaraq bildirilir ki, vətəndaş Sevil Baxşəliyevanın mübahisələndirdiyi torpaq sahəsinə tərəfimizdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, 1) 415843.06 mB/ 4478648.65 mC 2) 415830.74 mB\4478636.66 mC 3) 415858.49 mB/4478630.85mC, 4) 415845.08 mB/ 4478620.97 mC koordinatlar üzrə yerləşən torpaq sahələri “Suraxanı OYL Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə verilmiş Kontrakt ərazisinin hüdudlarından kənarda yerləşir.” Qoşmaya ərazinin peyk görüntüsü əlavə edilmişdir.
“AzGerneft” MMC nin guya biz insanların topaq sahəsinin zəbt edilməsi və qanunsuz tikintinin qarşısının alınması barədə Suraxanı rayonu 31-ci Polis Bölməsinə etdiyi şikayətlə pois mayoru Araz Osmanov tərəfindən araşdırlımış və 06 oktyabr 2016-cı il tarixli (Cinayət işinin başlanmamsı barədə ) QƏRA qəbul edilmişdir. Qərarda araşdırma zamanı müəyyən edilmişdir ki, “AzGerneft” MMC-nin məktubu əsasında toplanmış materialda heç bir cinayət hadisəsi yoxdur. “AzGerneft” MMC haqqında internet resurslarda yerləşdirilmiş məlumatdan aydın olur ki, “Azgerneft” MMC iddiada yazıldığı kimi heç də 60 %-lik paya sahib olan Almaniyanın “Qrünvald” şirkətinə deyil, Sinqapur Respublikasının Union Grand Enerji PTE Ltd şirkətinə məxsusdur. Və beləliklə “AzGerneft” MMC öz tərəfdaşının həqiqətdə hansı təşkilata məxsusluğunu gizlədərək verdiyi şikayətlərdə yalan və əsassız məlumatlar təqdim etmişdir. Belə olan halda “AzGerneft” MMC ilk öncə hüquqi statusunu yeniləməli, loqosunu dəyişməlidir. Hazırda Almaniya şirkətinin “AzGerneft” MMc-ilə hər hansı əlaqsəi və işbirliyi yoxdur. Odur ki, hesab edirik ki, “AzGerneft” MMC-nin Almaniyanın “Qrünveld” şirkəti adından hər hansı formada çıxış etməsi saxtakarlıqdir və cinayət məsuliyyəti yaradır. Ümumiyyətlə, “AzGerneft” MMC əsassız olaraq biz vətəndaşlara qarşı torpaq iddiasında olmasında dələduzluq əməli vardır Və bu məsələ hüquq mühafizə orqanları tərəfindən dərhal araşdırlaraq hüquqi qiymətini almalıdır.
Cənab Prezident! Yuxarıda göstərilənləri nəzərə almaqla yenicə düzüb qoşduqları saxta sənədlərlə biz sakinlərin qanuni formada yaşadığımız ərazini erməni təcavüzkarlarından fərqli davranmayaraq zəbt etməyə çalışan və törətdikləri qanunazidd əməllərə görə məsuliyyət daşıyan “AzGerneft” MMC rəhbərliyinin əməlləri barədə təcili olaraq hüquq-mühafizə orqanları tərəfindən yenidən araşdırmaya başlanması barədə göstəriş verməyiniz xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.

Sevil Baxşəliyeva və başqaları
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bolgexeber.com