BolgeXeber.Com » Sosial » Bakıda sosial soyuducular aksiyası start götürüb – VİDEO

Bakıda sosial soyuducular aksiyası start götürüb – VİDEO

4-11-2016, 12:38
Oxunub: 2 806 Bakıda sosial soyuducular aksiyası start götürüb – VİDEOSosial aksiyanın məqsədi israfa mane olmaq və ehtiyacı olan insanlara yardım etməkdir

Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa, gətir...

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki sosial soyuducu aksiyası hər kəsin diqqətini çəkib.

Bolgexeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, aksiyanı təşkil edən Emin Abdullayevin sözlərinə görə, “sosial soyuducu” adlı layihəyə ayın 1-dən başlasalar da, çoxsaylı müraciətlər olub.

Sosial aksiyanın məqsədi israfa mane olmaq və ehtiyacı olan insanlara yardım etməkdir.

Təşkilatçılar deyir ki, belə sosial xarakterli soyuducular iri marketlərdə də qoyulsa və alış-veriş edənlər hərəsi bura kiçik bir şey qoysalar minlərlə ehtiyacı olan insan faydalana bilər.