BolgeXeber.Com » Gündəm » Eldar Əzizovun böyük maliyyə kapitalı

Eldar Əzizovun böyük maliyyə kapitalı

5-11-2016, 11:13
Oxunub: 8 640 Eldar Əzizovun böyük maliyyə kapitalıSəbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar medianın mənfi qəhrəmanları sırasında tez-tez görünür

Bolgexeber.com bildirir ki, Sumqayıt İH-nin postunda “Ən böyük paxlava”, “Ən böyük tort”, “Ən böyük xonça” kimi şoulara imza atan icra başçısı real mənzərədə “yaşıl soyqırım”, “sahibkarlara qarşı hücum”, “səkilərin belə satılması” olaylarında görünür.
Keçən il isə isə E.Əzizovun manatın devolivasiya prosesindən uduşla çıxması haqda məlumat yayılmışdı.
Sosial şəbəkələrdə dolaşan məlumata görə, sözügedən devolivasiyadan öncə Eldar Əzizov mənşəyi bəlli olmayan 20 milyon vəsaiti “dirildə” bilmişdi.
Belə ki, icra başçısı qeyd olunan məbləğin bir hissəsini “Unibank”da İngilis funt sterlinqinə, qalan hissəsini isə digər banklarda avro və dollara dəyişdirməyə nail olmuşdu. Bu işdə ona sağ əli hesab olunan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev köməkliyini əsirgəməmiş, hətta demək olar bütün işləri özü həll etmişdi.
Eldar Əzizovun qısa keçmişinə nəzər salsaq, onun Rəfael Allahverdiyev “rəğbəti”nin əbəs yerə olmadığını görərik.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan E.Əzizovun qısa müddət ərzində vəzifədə irəliləməsində Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevin misilsiz xidmətləri olub. Belə ki, məhz Rafael Allahverdiyevin sayəsində Eldar Əzizov 1999-cu ildə Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-ci ilin iyun ayında isə o, paytaxtın Nizami rayonuna icra başçısı təyin olunub.
Araşdırma zamanı icra başçısının biznes imperiyası haqqında da məlumat toplamağa müvəffəq oldum.
2 sentyabr 2015-ci ildə imzalanmış sərəncama əsasən Səbail rayonun icra başçısı vəzifəsinə gətirilən Eldar Əzizov Gəncənin və Sumqayıtın icra səlahiyyətlərini əlində cəmlədiyi dövrdə böyük maliyyə kapitalı toplamağı bacarıbmış.
Etibarlı mənbələrin məlumatına görə, Britaniyanın bütün dünyada tanınan ATKINS şirkəti tərəfindən inşa olunan “Şəhər Bağları” yaşayış kompleksində ölkənin elit təbəqəsinə aid olan insanlar yaşayır ki, bu insanlardan biri də Eldar Əzizovdur. Sözügedən yaşayış kompleksindəki mənzillərin qiyməti milyonlarla ölçülür. E.Əzizovun məmur maaşı ilə belə şəraitdə yaşaması qeyri-mümkündür.
Bundan başqa, icra hakiminin paytaxtın Nizami rayonu ərazisi yaxınlığında böyük imarəti var. Deyilənə görə, topdağıtmaz imarətin tikintisində istifadə olunan tikinti materiallarının hamısı xaricdən gətirilib və buranın başa gəlməsinə külli miqdarda vəsait sərf edilib. Eldar Əzizov yay aylarında daha çox bu imarətində qalmağa üstünlük verir. Onun oğlunun da bu ərazidə dəbdəbəli villası var.
Bundan başqa şəhərin mərkəzində fəliyyət göstərən bəzi marketlər də E.Əzizovun sərəncamındadır və bu marketlər baha qiymətə icarəyə verilir.
Araşdırmam davam edir...
Yazılanlarla bağlı qarşı tərəfin də fikrini dinləməyə hazırıq.


Bolgexeber.com