BolgeXeber.Com » Siyasət » Venesuela müxalifəti Maduroya ultimatum verdi

Venesuela müxalifəti Maduroya ultimatum verdi

4-11-2016, 17:38
Oxunub: 2 797 Venesuela müxalifəti Maduroya ultimatum verdiVenesuela müxalifəti hakimiyyətdən prezident Nikolas Maduronun istefa məsələsi üzrə referendumun keçirilməsini və təcili seçkilərin təşkilini tələb edib

Oxu.Az xəbər verir ki, bu barədə Demokratik Birlik Blokunun (DBB) yayılmış hədəflər siyahısına istinadən “Reuters” məlumat yayıb.

Müxalifət liderləri tələblərinin noyabrın 11-nə qədər yerinə yetirilməsini təkid edirlər. Əks təqdirdə, DBB küçə taktikasına keçəcəyi ilə hədələyib.

Nikolas Maduro müxalifətin hökumətə ultimatum qoymağa haqqı olmadığını deyib.

Tələblər siyahısına siyasi məhbusların azad edilməsi və açıq məhkəmə proseslərinin başa çatıdırlması, liderlərin təqibinə son verlməsi daxildir. DBB Milli Seçki Şurasının (MSŞ) tərkibinin dəyişdirilməsinə təkid edir. Müxalifət, həmçinin ölkəyə humanitar yardımın gətirilməsinə icazə verilməsini istəyir.

Oktyabrın 14-də konqresmenlər prezident Nikolas Maduronu dövlət çevrilişində və konstitusiya hüququnu pozmaqda ittiham ediblər. Səhəri günü isə Venesuela parlamenti dövlət başçısının hakimiyyətdən uzaqlaşdırılmasına dair prosedurun başlanmasının lehinə səs verib.