BolgeXeber.Com » İdman » Ən yaxşı futbolçular seçiləcək - Namizədlərin Siyahısı

Ən yaxşı futbolçular seçiləcək - Namizədlərin Siyahısı

5-11-2016, 11:38
Oxunub: 3 439 Ən yaxşı futbolçular seçiləcək - Namizədlərin SiyahısıFIFA 23 ən yaxşı futbolçu arasında sorğu keçirəcək

FIFA 2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

"Xəzər Xəbər" FIFA-nın rəsmi saytına istinadən məlumat verir ki, qurum “France Football”la əməkdaşlığa son qoyduqdan sonra yenidən baş məşqçilər, kapitanlar, jurnalistlər və azarkeşlər arasında sorğu təşkil edir. Artıq sorğu ilə ilin ən yaxşısını müəyyənləşdirəcək 23 iddiaçı namizəd açıqlanıb.

Ən yaxşı kişi futbolçu adına Serxio Aquero (Mançester Siti), Qaret Beyl (Real), Canluici Buffon (Yuventus), Kevin de Bruine (Mançester Siti), Antuan Qrizmann (Atletiko), Zlatan İbrahimoviç (Mançester Yunayted), Andres İnyesta (Barselona), Kante Nqolo (Çelsi), Toni Kroos (Real), Robert Levandovski (Bavariya), Riyad Marez (Lester), Lionel Messi (Barselona), Luka Modriç (Real), Manuel Noyer (Bavariya), Neymar (Barselona), Məsut Özil (Arsenal), Dimitri Payet (Vest Hem), Pol Poqba (Mançester Yunayted), Serxio Ramos (Real), Kriştianu Ronaldu (Real), Aleksis Sançes (Arsenal), Luis Suares (Barselona), Ceymi Vardi (Lester) iddia edəcək.

Qeyd edək ki, 2016-cı ilin ən yaxşılarının adları 2017-ci il yanvarın 9-da açıqlanacaq.