BolgeXeber.Com » Ölkə » Keçdin axır, Hadı, Göygöz Kosanın dәstәsinә, bu imiş bir qalanın möcüzü, millәt vәkili?!

Keçdin axır, Hadı, Göygöz Kosanın dәstәsinә, bu imiş bir qalanın möcüzü, millәt vәkili?!

5-11-2016, 21:18
Oxunub: 3 385 Keçdin axır, Hadı, Göygöz Kosanın dәstәsinә, bu imiş bir qalanın möcüzü, millәt vәkili?! Deputat Hadı Rəcəbli yenə də açıqlaması ilə "gül" vurub və “Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” fikirləri ilə gündəmi əməlli - başlı zəbt etməyi bacarıb

Qısa zamanda onun bu fikirlərinə şeir də həsr edilib və keçmiş deputat İqbal Ağazadə Kərim Kərimovun bu şeirindən o qədər feyziyab olub ki, hətta onu öz profilində də paylaşıb.

Moderator.az həmin şeiri oxuculara təqdim edir:

Salam olsun sәnә, xalqın "gözü" millәt vәkili
bezdirirsәn günü gündәn bizi millәt vәkili

Neçә ildir ki, gözәl tәklifiniz yoxdu sizin
hansı mәqsәdlә seçiblәr sizi millәt vәkili?!

Qazi dәrman pulu tapmır, yoxudur әlli manat
Sәn nahar vaxtı verirsәn yüzü, millәt vәkili

Bir müәllimki gedib, fәhlәlik etsә qapıda
sonra dәrs keçmәyә gәlmәz üzü, millәt vәkili!

Keçdin axır, Hadı, Göygöz Kosanın dәstәsinә
Bu imiş bir qalanın möcüzü, millәt vәkili?!

Göstәrib şәklini kimdir bu soruşsaq, xalqın...
Deyәcәk mәncә çox az faizi "millәt vәkili"

Saxlamır heç vәtәnin qazisini, alimini
Saxlayır yaxşı şәrәf pәhrizi millәt vәkili

Ay gözüm nuru, qocaldınsa tәqaüddә otur
ay qaranlıq gecәnin "gündüzü" millәt vәkili

Sәni dırnaq arasında hәcv etdim bu sәfәr
İçi iblis dolu mәxluq, özü millәt vәkili

Kərim Kərimov