BolgeXeber.Com » Gündəm » Prezidentə “Viktoriya-313” MTK-nın dələduzluğundan ŞİKAYƏT...

Prezidentə “Viktoriya-313” MTK-nın dələduzluğundan ŞİKAYƏT...

7-11-2016, 11:47
Oxunub: 9 603 Prezidentə “Viktoriya-313” MTK-nın dələduzluğundan ŞİKAYƏT... "Apardığımız araşdırmalardan məlum olur ki, Abşeron rayonun Masazır qəsəbəsində “Duzlu göl” ərazisində “Vikoriya-313” MTK tərəfindən 2012-ci ildən başlanmış 4 binadan yalnız 2-cisi tikilib istifadəyə verilmişdir"

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, mənzil 141 ünvanda yaşayan Məmmədova Gülsüm Əsgər qızı tərəfindən Bolgexeber.com-un redaksiyasına şikayət məktubu daxil olmuşdur.Prezidentə ünvanlanmış həmin müraciəti olduğu kimi təqdim edirik:

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, mənzil 141 ünvanda yaşayan Məmmədova Gülsüm Əsgər qızı tərəfindən

ŞİKAYƏT

Çox hörmətli Prezidentimiz İlham Əliyev!

Apardığımız araşdırmalardan məlum olur ki, Abşeron rayonun Masazır qəsəbəsində “Duzlu göl” ərazisində “Vikoriya-313” MTK tərəfindən 2012-ci ildən başlanmış 4 binadan yalnız 2-cisi tikilib istifadəyə verilmişdir. Qalan 3 və 4-cü 13 mərtəbəli binalarda hal - hazırda tikinti işləri maliyyə çatışmazlığı ucbatından çox ləng davam etdirilir. Bu binaların 2015-ci ildə buraya vaxtilə maliyyə vəsaiti qoymuş vətəndaşlara təhvil verilməsi nəzərdə tutulsa da ödənişlərin MTK rəhbərliyi tərəfindən qanunsuz mənimsənilməsi nəticəsində binalardan ikisinin vaxtında təhvil verilməsi yubanmışdır. Bir sözlə, ayrı-ayrı vətəndaşlar tərəfindən 1-ci, 2-ci və 3-cü binanın tikintisi üçün MTK-nın hesabına ödənilmiş 3 milyon manat pulun aqibəti məlum deyil.

Görünən təkcə 2-ci və 3-cü binaların beton işlərinin görülməsinə sərf edilən işlərdir ki, bunların icrası üçün təxminən 7-8 yüz min manat vəsait sərf edilmişdir. Hazırda isə MTK rəhbərliyi narazı vətəndaşlara hələ yayda binaların 2016-cı ilin sonunadək təhvil verəcəklərini bildirsələr də işlər sadəcə görüntü xarakteri daşıyır və 2018-ci ilə qədər bu gedişlə binaların təhvil verilməsi baş tutan deyil. MTK rəhbərliyi isə bir neçə fəhləni binada işlətməklə mənzil sahibi olmaq arzusunda olanların gözünə kül üfürməklə məşğuldur. 1-ci binada isə ümumiyyətlə heç bir iş getməmişdir. Sadəcə olaraq bünövrəsi yarımçıq qazılaraq nəzərdə tutulan mənzillər bizə olan kimi digərlərinə də satılıb pulları mənimsənilmişdir. İndi həmin binada mənzil almaq istəyənlərə də bizə olduğu kimi yalandan söz verirlər ki, 3-cü və 4-cü binadan onlara mənzil verəcəklər.

Bu günün reallığı bundan ibarətdir ki, bizim 2015-ci ilin martın əvvəlində verdiyimiz 50000 (əlli min) manat nağd pula “VİKTORİYA-313” MTK tikinti işlərini davam etdirmək üçün 70 ton armatur alıb tikintiyə işlətsə də, əvəzində bizimlə 101 kv m sahəsi olan mənzilə dair saxta müqavilə bağlamaqla etimadımızdan, etibarımızdan süi-istifadə edərək bizi aldatmış, faktiki dələduzluq etmişlər.


Çox hörmətli Cənab Prezident!

Mən Sizdən xahiş edirəm. Rəhmətlik yoldaşım Vahid Məmmədovun əmlakını mənimsəmiş və sonda onun ölümünə səbəbkar olmuş “VİKTORİYA-313” MTK rəhbərliyi barəsində ciddi araşdırılmalar aparılmasına və başımıza gətirilən qanunsuzluqlarla bağlı tədbirlər görülməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildiriəm.


Bolgexeber.com olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Prezidentə “Viktoriya-313” MTK-nın dələduzluğundan ŞİKAYƏT...
Prezidentə “Viktoriya-313” MTK-nın dələduzluğundan ŞİKAYƏT...
Prezidentə “Viktoriya-313” MTK-nın dələduzluğundan ŞİKAYƏT...
Prezidentə “Viktoriya-313” MTK-nın dələduzluğundan ŞİKAYƏT...
Prezidentə “Viktoriya-313” MTK-nın dələduzluğundan ŞİKAYƏT...
Prezidentə “Viktoriya-313” MTK-nın dələduzluğundan ŞİKAYƏT...