BolgeXeber.Com » Gündəm » Yasamal parkının acınacaqlı vəziyyəti-VİDEO

Yasamal parkının acınacaqlı vəziyyəti-VİDEO

10-11-2016, 09:31
Oxunub: 2 978 Yasamal parkının acınacaqlı vəziyyəti-VİDEOSakinlərin sözlərinə görə, istirahət üçün üz tutduqları bu parkda zibil iyindən dayanmaq mümkün deyil

Bu gün BTV-nin çəkiliş qrupu Bakının Yasamal rayonu ərazisində yerləşən Yasamal parkında olub. Ancaq qarşılaşdığımız mənzərə heç də ürəkaçan olmayıb. Çünki dövlət büdcəsindən ayrılan pulların nəticəsini bu parkda görmək mümkün deyil.
Parkdakı skamyalar tamamilə baxımsız vəziyyətdədir. Ekologiyamızın vazkeçilməz parçası olan ağaclar isə yarım-yamalaq kəsilmiş haldadır.Yasamal parkının ərazisi daxilində qoyulan zibil qutuları isə yaranmış mənzərəni daha da gülməli şəklə salır. Sakinlərin sözlərinə görə, istirahət üçün üz tutduqları bu parkda zibil iyindən dayanmaq mümkün deyil.
İsti yay aylarında söhbət üçün bura toplaşan yaşlı nəsil nümayəndələri öz maddi imkanları daxilində kiçik daldalanacaq hazırlayıblar.
Bununla yanaşı, azyaşlı uşaqlar bu parka müxtəlif oyunlar oynamaq üçün gəlirlər. Ancaq mövcud şərait onların doyunca əylənməsinə mane olur.
Hətta əməkdaşlarımız tam pulsuz fəaliyyət göstərməli olan bu parkda özəlləşdirilmiş yelləncəklərə də rast gəlib.
Əlaqədar qurumların bu problemin həlli yolunda tez tədbir görməsini ən az sakinlər qədər biz də istəyirik.

İbrahim Mahmudov

Bolgexeber.com