Saakaşvilinin həyat yoldaşı deputat mandatından imtina edib
8-11-2016, 09:27
Oxunub: 2 911
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs deputat mandatından imtina edib
Bolgexeber.com-un APA-ya istinadən məlumatına görə, S. Rulovs Gürcüstan parlamentinə seçkilərdə “Vahid Milli Hərəkat” partiyasının siyahısı üzrə ikinci yerdə olub. Məlumata görə, S. Rulovs “Vahid Milli Hərəkat” partiyası parlamentdə 27 yer aldıqdan sonra seçkilərin nəticələrinə görə parlamentin deputatı olub. O, majoritar deputatlığa namizəd kimi iki turda - 8-30 oktyabr seçkilərində iştirak edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti Sandra Rulovsun mandatdan imtina etməyi barədə MSK-ya məlumat verdiyini bildirib. MSK bildirib ki, deputatın mandatını ləğv etməyə yalnız parlament səlahiyyətlidir.
Deputat mandatından imtina etdikdən və parlament onun deputat səlahiyyəti dayandırdıqdan sonra MSK onun yerinə siyahı üzrə gələn deputatı parlamentə təqdim edə bilər. Gürcüstan MSK-dan verilən məlumata görə, Sandra Rulovsdan sonra “Vahid Milli Hərəkat” partiyasının siyahısı üzrə 28-ci yeri tutan Kaxetinin eks-qubernatoru Georgi Qviniaşvili parlament üzvü ola bilər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər