BolgeXeber.Com » Ölkə » Hacıqabulda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir-yürüş keçirildi

Hacıqabulda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir-yürüş keçirildi

8-11-2016, 15:24
Oxunub: 3 138 Hacıqabulda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir-yürüş keçirildiVarlığımız, iftixarımız –Dövlət Bayrağımızdır

Bolgexeber.com xəbər verir ki,noyabrın 8-də Hacıqabul rayonunda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir-yürüş keçirildi
Üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzidir.
Bayraq hər bir millətin və milli dövlətin atribut rəmzlərindən biridir. Bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir.
Noyabrın 8-də rayonumuzda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir və Bayraq Meydanına yürüş keçirildi.
Əvvəlcə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov və tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzdülər. Sonra tədbir iştirakçılarının şəhərimizin girəcəyində ucaldılmış Bayraq Meydanına yürüşü keçirildi. Yol boyu əllərində üçrəngli bayrağımızı qürurla dalğalandıran gənclər, tədbir iştirakçıları hərbçilərimiz vətənpərvər ruhlu mahnıların və hərbi təbilin sədaları altında Bayraq Meydanına yollandılar. Dəstənin önündə gedən hərbçilərimiz əllərində olan üçrəngli bayrağımızı çiyinləri üstünə qaldıraraq Azərbaycan bayrağının nə qədər uca, dəyərli olduğunu bir daha nümayiş etdirdilər. Onların arxasınca gedən üçrəngli bayrağımızla bəzədilmiş maşın karvanı və bayraqdarlar nəhayət ki, Bayraq meydanına yetişib meydanı dövrəyə aldılar.Burada onlar gənc rəssamların əl işlərindən ibarət sərgiyə tamaşa etdilər.
Sonra rayonun Mədəniyyət və incəsənət ustaları tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxış etdilər. Müğənnilərin ifasında səslənən vətənpərvər ruhlu mahnılar tədbiri daha da rövnəqləndirdi.
Hacıqabulda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir-yürüş keçirildi
Hacıqabulda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir-yürüş keçirildi
Hacıqabulda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir-yürüş keçirildi