BolgeXeber.Com » Ölkə » 80 saylı məktəbin direktoru «Burda mən, Bağdadda kor xəlifə» prinsipilə idarə edir

80 saylı məktəbin direktoru «Burda mən, Bağdadda kor xəlifə» prinsipilə idarə edir

8-11-2016, 15:52
Oxunub: 4 385 80 saylı məktəbin direktoru «Burda mən, Bağdadda kor xəlifə» prinsipilə idarə edir 80 saylı məktəbin direktoru tezliklə vəzifəsindən kənarlaşdırılacaq Əlislam Abbasquliyevin rəhbərlik etdiyi təhsil müəssisəsində şagird və müəllimlərin əlavə xərcə salınması adi hala çevrilib

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 30 ünvanında yerləşən və 1969-cu ildən fəaliyyət göstərən 80 nömrəli orta məktəbdə son zamanar bir sıra neqativ hallar, çoxsaylı problemlər cərəyan etməyə başlayıb. Belə ki, Əlislam Bəxtiyar oğlu Abasquliyevin direktoru olduğu təhsil müəssisəsində heç bir tutarlı səbəb göstərilmədən şagird və müəllimlərin əlavə xərcə salınmasının adi hala çevrildiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimdən yetərincə «təşəkkür» qəbul edilir. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin 300-500 civarında «minətdarlıq» bildirməli olduğunu qeyd edən mənbənin sözlərinə görə, son vaxtlar Əlislam Abbasquliyev repetitor məşğələlərinə gedən şagirdlərin digər məktəblərdən 80 saylı məktəbə «transfer» edilməsi üçün əlindən gələni edir: «Artıq hər kəsə bəllidir ki, repetitor məşğələləri şagirdi təhsildən yayındırır. Bu isə həmin şagird üçün təhsil aldığı məktəbdə müəyyən problemlər yaradır. Deyilənlərə görə, 80 nömrəli orta məktəbin direktoru bu problemin orijinal həlli üsulunu təklif edir. Belə ki, ətraf ərazilərdə repetitor məşğələlərinə getmək arzusunda olan şagirdlər 80 saylı məktəbə keçirilmək təklifi alırlar. Burada isə artıq onlara dərslərə tam sərbəst davamiyyət, hətta ümumiyyətlə məktəbə gəlməmək imtiyazı verilir. Sadəcə olaraq bu imtiyazın müqabilində həmin şagirdin valideynləri direktora lazımı qədər «təşəkkür» etməlidir». Bu arada, Əlislam Abbasquliyevin nüfuzlu şəxslərdən birinin adından istifadə etdiyini iddia edən məlumatlı şəxs bildirir ki, 80 saylı məktəbin direktoru məhz bu yolla toxunulmazlığını təmin etməyə çalışır: «Deyilənlərə görə, bir sıra səbəblər üzündən artıq Təhsil Nazirliyində Əlislam Abbasquliyevə qarşı münasibət mənfi istiqamətə doğru dəyişib. Odur ki, artıq daxil olan çox saylı şikayətlər ciddi tədbirlərin görülməsini labüd edir. Qeyd olunur ki, təqaüd yaşına çatan Əlislam Abbasquliyev tezliklə məktəb direktoru vəzifəsindən kənarlaşdırılacaq. Ümumiyyətlə, şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, məktəbin direktoru fəaliyyətində ciddi nöqsanlara yol verir. Çoxlarına bəllidir ki, ara-sıra məktəbdə çalışan müəllimlərin əməkhaqlarından heç bir tutarlı səbəb göstərilmədən müəyyən qədər tutulur və həmin vəsaitlərin hara xərclənməsi, kimin cibinə getməsilə bağlı heç kəsə məlumat verilmir. Bundan başqa, imtahanlar zamanı şagirdlər gözümçıxdıya salınır, müxtəlif yollarla onlardan pul toplanılır. Bütün bunlar onu deməyə əsas verir ki, Əlislam Abbasquliyev 80 saylı orta məktəbi «Burda mən, Bağdadda kor xəlifə» prinsipilə idarə edir».
P.S.Onu da qeyd etmək istəyirik ki, mətbuatda Əlislam müəllimin məktəb bufetində evdən yemək gətirm\ək qadağası barədə əndrabadi qadağaları haqda yazılarda getmişdi və bu məlumat bu günə qədər təkzib edilməyib.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.