BolgeXeber.Com » Analitika » “Bizdə hansı sahəyə subsidiya ayrılır, o sahə sıradan çıxır”

“Bizdə hansı sahəyə subsidiya ayrılır, o sahə sıradan çıxır”

9-11-2016, 10:47
Oxunub: 4 261 “Bizdə hansı sahəyə subsidiya ayrılır, o sahə sıradan çıxır”İqtisadi Təqiqatlar Mərkəzinin kənd təsərrüfatı üzrə eksperti Vahid Məhərrəmovun pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi məqsədilə ayrılan subsidiyaya münasibəti birmənalı deyil

Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli sərəncamlarına əsasən, istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 kiloqramına görə 0,1 manat, quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiya müəyyən edilib.
İqtisadi Təqiqatlar Mərkəzinin kənd təsərrüfatı üzrə eksperti Vahid Məhərrəmovun pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi məqsədilə ayrılan subsidiyaya münasibəti birmənalı deyil.
Iqtisadçı bu barədə Hurriyyet.org-a bildirdi ki, bu yaxında Ağcabədidən olan fermerlər istehsal etiyi pambığı təhvil verərkən, pambığı qəbul edən məntəqələr bilərəkdən nəmliyi, zibilliyi yüksək göstəriblər: “Bu, hətta 20 faizə çatır. Baxmayaraq ki, fermerlər iddia edirdilər ki, pambığın keyfiyyəti pis deyil. Fermerlərin iddia etdiyi kimi, pambığı tədarük edənlər bir hissəsini subsidiya əldə etmək üçün öz qohumlarının adlarına sənədləşdirir. Pambığı tədarük edən qurumlar fermerlərə deyir ki, verilən subsidiya ilə siz itkilərinizi kompensasiya edəcəksiniz. Yəni dolayısı ilə bu maliyyə vəsaiti yenə gedib çatacaq o adamlara ki, onlar məhsul istehsalı ilə məşğul olmur. Bu da ayrılan vəsaitin qeyri-səmərəliliyinə gətirib çıxaracaq. Azərbaycanda qanunlara nəzarət sistemi yoxdur. O fermerlər ki, narazı qalırlar, onlar məhkəməyə müraciət edə bilməzlər, etsələr də özlərinin haqlı olduqlarını sübuta yetirə bilmirlər. Təəssüflər olsun ki, hələ məhkəmə sistemi müstəqil deyil. Neçə ki, Azərbaycanda haqq, ədalət öz yerini tapmayıb. Hansı sərəncam verilir, verilsin, hansı istiqmətə maliyyə ayrılır, ayrılsın, bu maliyyə gedib elə əllərə çıxır ki, o vəsait ölkə iqtisadiyyatına fayda vermir. Pambığın 1 kiloqramı üçün 10 qəpik subsidiya ayırılması pambıqçılığın inkişafı üçün əsas vermir. Ona görə ki, bu gün dünya bazarında 1 kioqram pambığın qiyməti 1,5 dollardır. Bizm kəndlilərdən isə pambıq 50 qəpiyə alınır, 10 qəpik də subsidiya verəcəklər. Ancaq kəndlilər düzgün irad tutur ki, tədarükçülərin pambıq üçün ödədikləri vəsait kəndlilərin çəkdiyi xərci belə ödəmir. Azərbaycanda məhsuldarlıq aşağıdır. Məhsuladarlıq aşağı olduğu üçün məhsulun maya dəyəri yüksək olur. Türkiyədə, İranda pambığı 90 sentə alırlar. Bu, bizdən 3 dəfə baha deməkdir. 10 qəpik subsidiya ilə bu fərqi kompensasiya etmək mümkün deyil. Kəndlilər bunu yaxşı bilir. Bu il pambıq istehsalı göstərdi ki, Azərbaycanda pambıq istehsalı ilə kompaniya xarakterli məşğul olmaq nəticə verməz. Bu sahənin probleminin həlli 10 qəpiklə bitmir. Bu sahəyə ciddi kapital qoyuluşuna ehtiyac var. Bu sahədə əsas elmi inkişaf etdirmək lazımdır ki, özümüzün toxumumuz olsun və toxum yerli iqlim şəraitinə uyğun tez yetişən olsun. Yığım da qısa müddətdə başa çatsın”.

V. Məhərrəmov qeyd etdi ki, tütünçülüklə də bağlı bizdə ciddi problemlər var: “Hətta tütünçülükdə ildən ilə qiymət artır. Qiymət artımı hökumətin təyin etdiyi subsidiyadan iki dəfə çox olur. Bu da bizim tütün ilə məşğul olan kəndlilərə imkan vermir ki, onlar bu sahəyə həvəs göstərsin, məhsuldarlığı artırsın və daha keyfiyyətli məhsul əldə edə bilsinlər.Tütün və pambıq münbit torpaqda daha yaxşı yetişir. Azərbaycanda da torpaqlarda deqradasiya prosesi gedir. Uzun müddətdir ki, torpaqlara nə normal üzvi gübrə verilir, nə mineral gübrə verilir, nə də suvarma sistemi müasir qurulub. Sovet təsərrüfat sistemindən fərqli olaraq indi istehsal etdyimiz məhsul rəqabət qabiliyyətli olmalıdr. Sovet hökumətinin vaxtında məhsulun keyfiyyəti önəmli deyildi. Əsas o idi ki, məhsulardlıq çox olsun. İndi rəqabət qabiliyyətli məsul istehsal etmək üçün torpağın keyfiyyətinə, suvarma suyunun təminatına ciddi fkir vermək lazımdır. Torpağın üzvi və mineral gübrələrə olan ehtiyacları ödənilməlidir. Hökumətin bu sahədə apardığı siyasət yarıtmazdı. Ona görə, bizim hansı sahəyə subsidiya ayrılır, o sahə sıradan çıxır.
Artıq Azərbaycan buğdaya olan ehtiyacını 100 fazi idxalın hesabına ödəyir. Buğda üçün ayrılan subsidiyalar heç buğda istehsalına aidiyyatı olmyan adamlara verilib. Bu sahə üzrə apardığımız hesablamalara görə, deyərəm ki, son 10 ildə yalnız buğda üçün yarım milyarddan çox vəsait xərclənib. Bəs bu hara gedib? Bu məsələləri çözmədən yenidən digər sahələrə də subsidiyanın ayrılması çıxış yolu deyil. Azərbaycanın indiki çətin maliyyə durumunda bütün sahələrə subsidiya ayırmaq düzgün deyil. Qazaxstan 2017-ci ildən subsidiyanın verilməsini dayandırır. Onlar da gördü ki, subsidiyanın bu formada verilməsi səmərə vermir. Nəticədə Qazaxstan kənd təsərrüfatına dəstəyi başqa formada göstərəcək”.
Sahibkar Əfras Əsgərov bildirdi ki, Sabirabadda pambıq yığımı hələ başa çatmayıb: “Amma yığım normal davam edir. Havaların yağışlı keçməsi ilə bağlı yığım geçikir. Dünən Sabirabad təxminən 200 tona yaxın pambıq tədarük edib.Yanvar ayının 26-da prezident pambıqçlığın inkişafı ilə bağlı təşəbbüslə çıxış etdi. Ancaq “ÇTZ -AQRO" MMC və “MKT” MMC şirkərləri torpaqların şumlanmasını gec başladı. Ondan asılı olaraq əkin də apreldən may ayının sonuna kimi davam etdi. Sahələrin təxminən yarısı may ayında əkildi. Əslində, pambıq əkini apreldə bitməlidir”.
Ə. Əsgərov diqqətə çatdırdı ki, Azərbaycanda pambığın əkini və tədarükü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi bir qədər kənar təşkilat sayılır: “ Pambıq sahələri ilə “ÇTZ-AQRO” MMC və “MKT” MMC şirkətləri məşğuldur. Kənd Təsərrüfatı Nazirliyi pambıq sahələrini dərman prepatları və texnika ilə təmin edir”.
Sahibkar vuğuladı ki, prezidentin 1 kiloqram pambığa 10 qəpik subsidiya ayırması haqqında sərəncamı tək Azərbaycanda yox, keçmiş Sovet respublikaları arasında aqrar sahədə inqilabi addım hesab oluna bilər: “10 hektardan 52 ton pambıq vermişəm. 5200 manat subsidiya alacam. Taxıl, yonca və digər sahələr üçün subsidyalar gecikir. Ancaq bu sahələr Kənd Təsərrüfatı Nazirliyinin sahəsidir. Hələ Sabirabadda bu sahələrə subsidiya verilməyib. Mövsümün sonunda mən pambıq qəbulu məntəqəsindən arayış alacam. Həmin arayışı kənd təsərrüfatı idarəsinə təqdim edəcəm. Sonra mənə kart verəcəklər. Verdiyim pambığın çəkisinə uyğun subsidiya alacam”