BolgeXeber.Com » Bölgə » Mirdamət Sadıqov ona olan etimadı doğrulda bilmədi... - Seyid cəddinə arxayın olsa da...

Mirdamət Sadıqov ona olan etimadı doğrulda bilmədi... - Seyid cəddinə arxayın olsa da...

9-11-2016, 13:36
Oxunub: 5 017 Mirdamət Sadıqov ona olan etimadı doğrulda bilmədi... - Seyid cəddinə arxayın olsa da...Torpaq sahəsini Lahıcda tam orta məktəb ilə üzbəüz yerləşən restoranın müdiri Mikayıl adlı şəxsə yüz əlli min (150.000) manata satıblar

İsmayıllı hadisələri heç kəsin yadından çıxmayıb.Çünki hələ də məlum hadisələrə görə günahsız olaraq məhbəsdə yatan dustaqlar var.Hadisələrə aparıb çıxaran səbəblər gün kimi hər kəsə aydındır.Həmin dönəmdə rayondakı sosial ədalətsizlik mühiti,məmur özbaşnalığı pik həddə idi.İnsanların şikayətini dinləyib dərdinə əlac qılan tapılmırdı.Məmurlar açıq şəkildə talana girişmişdilər.Sadə əhalini saya salmayan məmurların övladları da qudurğanlıq edirdi.Günlərin birində necə deyərlər su səhəngi suda sındı.Proses necə başlayıb,necə sona çatıbsa,hər kəsə məlumdur.Buna görə də uzun-uzadı məsələ ətrafında var-gəl etmək istəmirik.İsmayıllıda daha sonra nələr yaşandı? İsmayıllıya yeni rəhbər təyin olundu. Sabiq başçı Nizami Ələkbərov vəzifəsindən kənarlaşdırıldıqdan sonra,onu dövlət başçısının sərəncamı ilə əslən İsmayıllıdan olan professor Mirdamət Sadıqov əvəzlədi.Dövlət başçısı cənab Mirdamət Sadıqovu İsmayıllı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin etdi.Yeni başçı gəlişində insanlara o qədər yağlı vədlər verdi ki,rayon əhalisinin sevincinin həddi-hüdudu yox idi.Ancaq çox keçmədi ki,deyilənlərin sabun köpüyü qədər əhəmiyyətsiz olduğunu hamı dərk etdi.Günlərin birində artıq məmurlar arasında narazılıq yarandı.Narazı məmurlar fikirlərini açıq şəkildə biruzə verməsələr də gizli yerlərdə narazılıqlarını biruzə verməyə başladılar.Günlərin birində artıq icra başçısı haqqında topladıqları kompromantları kiv-ə ötürməyə başladılar və gördüyünüz kimi artıq cənab Mirdamət Sadıqovun ən yaxın ətrafı hesab etdikləri şəxslər kiv-lə əməkdaşlıq etməkdədirlər.Belə desək artıq ətrafı cənab başçıya qarşıdır.

Məsələn,hörmətli başçı fikirlərində addım başı özünü ən səmimi,vətənpərvər adlandırır və qeyd edir ki,İsmayıllı üçün maksimum dərəcədə ürəyi yanır.Cənab başçı həmişə deyir ki,onun və övladlarının heç bir şeyə ehtiyacı yoxdur və hamı kimi sadə həyat tərzi keçirirlər.Ancaq icra hakimiyyətindəki etibarlı mənbəmiz deyilənlərin əsassız olduğunu vurğulayır.Mənbəmiz hörmətli Mirdamət müəllimin vergi sahəsində rəhbər vəzifədə çalışdığı dönəmlərdə oğlu Emin Sadıqova Ərəgit bələdiyyəsindən aldığı 70 sot torpaq sahəsinin bələdiyyə sənədlərini təqdim etməklə demək istəyir ki,professor həyatda heç də danışdığı kimi deyil.
Düzün deyək ki,bizim bu məsələdən xəbərimiz yox idi.Əgər mənbəmiz bu sənədi bizə təqdim etməsəydi biz olayın nədən ibarət olduğunu hardan bilə bilərdik?Bəli,professor başçı ərz edə bilər ki,oğlum həddi buluğa çatmış birisidir və özünün biznesi də ola bilər. (bakunews.az) Tamamilə razıyıq.Ancaq aldığımız digər informasiyaya görə yaxınlarda sözü gedən torpaq sahəsini Lahıcda tam orta məktəb ilə üzbəüz yerləşən restoranın müdiri Mikayıl adlı şəxsə yüz əlli min (150.000) manata satıblar.Bəli,min (1000) manata alıb yüz əlli min (150.000) manata satmaq.Kişi pul qazanır da.Belə pulu qazanmaq üçün gərək aşağısı icra başçısının oğlu olmalısan.Ortalıqda olan faktları dəyərli izləyicilərimizə təqdim edirik.Ancaq hörmətli Mirdamət Sadıqovun fikirləri bizə çox vacibdir.Cənab başçı bu yazını eyni zamanda informasiya sorğusu da hesab edə və cavablandıra bilər.Məmuniyyətlə Mirdamət müəllimin fikirlərini dərc edərdik.Yaxşı olardı ki,cənab başçı tez zamanda yazıya cavab bildirəydi.Çünki cənabın haqqında əlimizdə xeyli sənədlər var ki,onları da gecikmədən ictimaiyyət nümayəndələrinə təqdim edəcəyimizə dair söz vermişik. Qarşı tərəfi də dinləməyə hazırıq.
Mirdamət Sadıqov ona olan etimadı doğrulda bilmədi... - Seyid cəddinə arxayın olsa da...
Mirdamət Sadıqov ona olan etimadı doğrulda bilmədi... - Seyid cəddinə arxayın olsa da...