BolgeXeber.Com » Şou-Biznes » İradə İbrahimova Türkiyədə darıxır...

İradə İbrahimova Türkiyədə darıxır...

23-08-2012, 11:30
Oxunub: 4 503 Müğənni kiminlə görüşə bilmir?

Yay istirahətinə ikinci Vətəni bildiyi Türkiyədə davam edən məşhur müğənni İradə İbrahimova fanatları üçün darıxb. Bunu sənətçi özü telefon bağlantısı zamanı ANS PRESS-ə etiraf edib:

"İstanbul mənə Bakı qədər doğmadır, ailəm burdadır. İmkan olanda Bakıya gedirəm, yaxud bacılarım, anam, əzizlərim Türkiyəyə gəlir, onlarla görüşə bilirəm. Amma fanatlarımı uzun zamandır görmürəm. Onlarla ara-bir virtual bağlantım olub. Amma bu, onların sevgi ehtiyacını ödəyəcək qədər yetərli deyil", - deyən sənətçi fanları ilə görüşmək arzusunu dilə gətirdi.

Öyrəndik ki, gələn ay Bakıya gəlməyi düşünən sənətçi bu istəyini həyata keçirməyi düşünür:

"Bakıya gizli səfərlərim çox olur. Yəni, mətbuatdan, televiziyadan gizli. Ona görə gizli deyirəm ki, onlarla bölüşmək üçün sənət boğçamda yeniliyim olmalıdır. Buna qismən hazıram və zamanla bəzi işləri tamamlayıb, yeni fikirlə ortaya çıxaracam. Təkrarçlığı sevmirəm. Ona görə də, sənətimdə yenilik olan kimi onu bölüşməyə can-başla razılıq verirəm" - deyə sənətçi bildirdi.