BolgeXeber.Com » İqtisadiyyat » Dolların ucuzlaşması davam edir

Dolların ucuzlaşması davam edir

10-11-2016, 12:29
Oxunub: 3 712 Dolların ucuzlaşması davam edirBugünkü ticarət sessiyasında dolların indeksi zəifləməkdədir

"APA-Economics" xəbər verir ki, treyderlər dünya birjalarında baş verən 24 saatlıq təlatümdən sonra stabillik axtarışındadırlar. Yeri gəlmişkən, sutkalıq təlatüm riskli aktivlərin kütləvi satışı ilə müşahidə olunub. Səbəb isə aydındır - Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanması.

Dolların Yaponiya yeninə qarşı məzənnəsi 0,35% zəifləyərək 105,28 yenə çatıb. Sessiya ərzində bu göstərici 104,99 səviyyəsinədək enib. Ötən gün isə ABŞ-ın milli valyutası hətta 101,19 yenədək ucuzlaşıb. D. Trampın qələbəsi təhlükəsiz aktiv sayılan Yaponiya yenini daha cazibədar edib.

ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi 2,064%-dən 1,995%-dək enib.

Ötən gün sentyabr ayının 8-də qeydə alınan maksimumu yeniləyərək 1,1299 səviyyəsində qərarlaşan avro ardınca 1,0902 dollaradək geriləyib. Bugünkü ticarət sessiyasında Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,0942 dollara çatıb.

Dolların indeksi 0,09% zəifləyərək 98,42 səviyyəsində qərarlaşıb.