BolgeXeber.Com » Ölkə » Beyləqanda rəzalət: başçı tibb işçilərinə küçə süpürdür - Foto

Beyləqanda rəzalət: başçı tibb işçilərinə küçə süpürdür - Foto

10-11-2016, 14:11
Oxunub: 2 729 Beyləqanda rəzalət: başçı tibb işçilərinə küçə süpürdür - FotoYaxın günlərdə prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri gözlənilir

Bu barədə Politika.Az-a daxil olan xəbərdə deyilir ki, səfərlə əlaqədar rayondakı bütün idarə və təşkilatların işçilərini bir həftədən çoxdur abadlıq işlərinə cəlb ediliblər.

Bu işdə ən böyük zərbə səhiyyə işçilərinə dəyib. Belə ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Abdullayevin göstərişi ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasının işçiləri səfərbər olunub.

Tibb işçiləri aramsız olaraq küçələrin süpürülüb təmizlənməsinə, küçələrdə ağacların rənglənməsinə, küçə bardorlarının və küçələrdəki işıq dirəklərinin yuyulması və rənglənməsi kimi işlərə cəlb ediliblər. Bu faktı təsdiqlənə fotolar da redaksiyamıza ünvanlanıb.

Beyləqanda tibb işçiləri daha əvvəl də pambıq yığımına cəlb olunmuşdu. Onu da eyək ki, ölkənin ən çox adı qalmaqallarda və mənimsəmə faktlarında hallanan icra başçılarından biri olan Vaqif Abdullayev barədə mediada yeni ittihamla üzləşib.

Belə ki, Beyləqan müəllimlərindən və tibb işçilərindən daxil olan məlumata əsasən Beyləqanın icra başçısı onların pambıq pulunu mənimsəyib və dədə malı kimi cibinə qoyub.

Bildirilir ki, Beyləqan şəhər məktəblərinin müəllimləri və Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı məcburi şəkildə pambıq yığımına cəlb olunub.

Onlara bildirilib ki, yığdıqları pambığın pulunu 15 qəpikdən alacaqlar. Şikayət məktubunda göstərilir ki, ağır hava şəraitində min cür əziyyətlə Beyləqan şəhər məktəblərinin müəllimləri 8 ton,

Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı isə 3 ton pambıq yığaraq, (cəmi 11 ton), təhvil veriblər. Bundan sonra isə müəllim və tibb işçiləri onlara yığdıqları pambığın pulunu istəsələr də, onlara deyilib ki, pambığın pulunu icra başçısı götürüb.

Qeyd edək ki, 11 ton pambığın 0,15 manatdan qiyməti 1650 manat edib. Yəni faktiki olaraq Vaqif Abdullayev müəllimlərin 1200 manatını, tibb işçilərinin isə 450 manatını ata malı kimi cibinə qoyub.

Maraqlıdır ki, müəllim və tibb işçiləri pambıq yığarkən icra başçısı da yaxasına fartuk taxaraq pambıq yığarkən şəkil çəkdirib. Aşağıda təqdim etdiymiz həmin şəkil ölkə mətbuatında da dərc olunub.

Politika.Az xatırladır ki, Beyləqanın çıxışındakı bütün kanalizasiya xəttinin birləşdiyi yerin satılmasında rayon icra başçısı Vaqif Abdullayevə su idarəsi müdiri də köməyini əsirgəməyib.

Onun bu bazarlıqda nə qədər gəliri olduğu açıqlanmasa da, icra başçısının qarış-qarış satdığı ərazilərə rayonun kanalizasiya xəttinin birləşdiyi yeri də əlavə etməsi ona böyük pullar qazandırıb.

"Azərsu” ASC isə ya bu fakta göz yumur, ya da xəbəri yoxdur ki, yerli idarəsi Beyləqanda hansı işlərə imza atıb. Daha sonra da yaponlarla 300 minlik tualet tikdirmişdi.

Qarşı tərəfi dinləməyə hazırıq.
Beyləqanda rəzalət: başçı tibb işçilərinə küçə süpürdür - Foto
Beyləqanda rəzalət: başçı tibb işçilərinə küçə süpürdür - Foto