BolgeXeber.Com » Şou-Biznes » Əkiz bacılar Xəzər TV-də canlı yayımda Çingiz Mustafayevi təhqir etdi: "Çingiz pe**x..." – VİDEO

Əkiz bacılar Xəzər TV-də canlı yayımda Çingiz Mustafayevi təhqir etdi: "Çingiz pe**x..." – VİDEO

10-11-2016, 16:08
Oxunub: 4 378 Əkiz bacılar  Xəzər TV-də canlı yayımda Çingiz Mustafayevi təhqir etdi: "Çingiz pe**x..." – VİDEOƏkiz bacılar Sevil və Sevinc aparıcısı olduqları verilişdə canlı yayımda təhqiramiz ifadələr işlədib

Əkiz bacılar Sevil və Sevinc aparıcısı olduqları Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” verilişdə təhqiramiz ifadələr işlədib. Efirdə pul cırdıqdan sonra tənqid hədəfinə gələn bacılar ikinci dəfə öz hərəkətləri ilə gündəmə gəliblər.
A24.Az xəbər verir ki, gənc gitarist – müğənni Çingiz Mustafayevi verilişlərinə dəvət edən bacılar onu studiyaya çağırarkən onu təhqiramiz sözlərlə dəvət ediblər. İfaçıya p…x deyən xanım aparıcı canlı yayımda olduğunu bir anlıq unudub.
Məsələ ilə bağlı Milli Tele Radio və Yayım Şurasının şöbə müdiri Təvəkkül Dadaşov A24.Az-a faktı təstiq edərək bildirib ki, qurum məsələdən xəbərdardır.
“Bizim əməkdaşlarımız hazırda həmin kadrları araşdırır. Araşdırma yekunlaşmamış mətbuata nəticələri barədə heç bir açıqlama verə bilmərik. Məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək”.