BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanlı müğənni özümüzküləri bəyənmir

Azərbaycanlı müğənni özümüzküləri bəyənmir

23-08-2012, 19:50
Oxunub: 5 103 "Azərbaycanın bəzi rejissorları və aranjemançıları məsuliyyətsizdirlər".

Bu fikirləri Publika.Az-a açıqlamsında müğənni Nadir Qafarzadə səsləndirib. Müğənni bildirib ki, mahnılarını aranjeman etdirmək istəyəndə xeyli vaxt gözləməli olur: “Heç kim məndən inciməsin, bəzi rejissorlar, aranjemançılar pul qazanmaq istəmirlər. Ən ucuz aranjemanın qiyməti 1000 manatdır. Həftəyə bir mahnını aranjeman etsəniz, aya 4 min manat qazanacaqsınız. Bunun nəyi pisdir? Bu baxımdan müğənniləri qınamayın. Çox istəyirəm ki, həmin pulu bizimkilər qazansın. Amma nə etmək olar?”

N.Qafarzadə onu da qeyd edib ki, yeni klipini Türkiyədə çəkdirəcək:

“Sənsiz ölərəm” mahnıma Türkiyədə klip çəkdirəcəyəm və orada yerli şirkətlərin biriylə iş birliyi quracağam”.