BolgeXeber.Com » İqtisadiyyat » Dollar və funt sterlinq manata qarşı bahalaşıb

Dollar və funt sterlinq manata qarşı bahalaşıb

11-11-2016, 10:38
Oxunub: 3 865 Dollar və funt sterlinq manata qarşı bahalaşıbAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,52% bahalaşaraq 1,6869 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8336 manatdan 1,8397 manata qalxıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0264 manatdan 0,0260 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5215 manatdan 0,5188 manatadək ucuzlaşıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0832 manatdan 2,1191 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6822 manatdan 0,6802 manata düşüb.
Dollar və funt sterlinq manata qarşı bahalaşıb
Dollar və funt sterlinq manata qarşı bahalaşıb
Dollar və funt sterlinq manata qarşı bahalaşıb
Dollar və funt sterlinq manata qarşı bahalaşıb