BolgeXeber.Com » Gündəm » Nəriman Əliyev haqqında qaranlıq məqamlar aydınlığa çıxdı

Nəriman Əliyev haqqında qaranlıq məqamlar aydınlığa çıxdı

14-11-2016, 10:18
Oxunub: 9 040 Nəriman Əliyev haqqında qaranlıq məqamlar aydınlığa çıxdıOnun Masallı rayonunda “Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olduğu iddia olunur

Keçən dəfə Nəriman Əliyevlə bağlı yazının sonunda mövzunun davamı olacağını bildirmişdim. 70 saylı Masallı şəhər seçki dairəsindən namizəd olan Nəriman Əliyev Parlamentdə olub, səsi çıxmayan deputatlarımızdandır.
Cənub bölgəsində onu daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Onun Masallı rayonunda “Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olduğu iddia olunur. Ölkəyə İran İslam Respublikasından idxal olunan xurma və kişmişlə yanaşı düyü məhsulu da Nəriman Əliyevin vasitəsi ilə daşınır. Vaxtilə bu biznesdə N.Əliyev İrandan olan şəriki ilə çalışıb. Lakin günlərin birində şəriki ilə birlikdə N.Əliyev həbs edilir. Onlar dəbdəbəli ofislərdən başlarında qara maska MTN-nin təcridxanasına gətirilir.
Bəs görəsən, bu həbsin səbəbi nə imiş? Niyə biznesi gündən-günə çiçəklənən Nəriman Əliyev bir də gözünü MTN-nin “podval”ında açır? O, niyə iranlı biznesmen ortağı ilə birlikdə Eldar Mahmudovun çetesinin diqqətini cəlb edib? Deyilənə görə, onların vasitəsilə Azərbaycana gətirilən düyülərin içindən narkotik maddələr aşkarlanıb. Bu planın kim tərəfindən hazırlandığını, və ya gerçək olduğunu deyə bilmərik. Çünki ətraflı bilgiyə sahib deyilik.
Sosial şəbəkələrdə dolaşan məlumatlara görə, N.Əliyevin ortağı hətta işgəncə dəzgahından belə keçirilir. Külli miqdarda pul müqabilində N.Əliyevin ortağı azad olunur və İrana keçəndən sonra orada müəmmalı şəkildə dünyasını dəyişir. Şəriksiz qalan N.Əliyev bir müddət biznesindən də əlini üzür. Deyilənə görə, sonradan Eldar Mahmudovun qəbuluna çağırılan N.Əliyevə təklif olunur ki, həmin qaydada işini davam etdirsin. Orada biznesinin N.Əliyevə külli miqdarda pullar qazandırdığını söyləməklə ölkəyə gətirilən mallarının yoxlanmayacağını da deyirlər. Beləcə, şəriki müəmmalı şəkildə ölən N.Əliyev Eldar Mahmudovun adamına çevrilir.
Məlumat üçün vurğulayım ki, Nəriman Əliyevin adı bu ilin mart ayında həmkarı Elmira Axundova və Masallının icra başçısı Rafiq Hüseynovla bağlı qalmaqallarda hallanırdı.
Saxta diplomla bir müddət ölkə mətbuatının gündəmini zəbt edən Nəriman Əliyevin hərbi xidmətdə olmadığı ilə bağlı xəbərlər də yayılmışdı. Hərbi xidmətə yararsız olan şəxsin deputatlığa nə qədər yararlı olması isə şübhə doğuran məsələlərdəndir.
Bundan başqa, Nəriman Əliyevin şəxsi avtomaşınına 90 AA 133 dövlət nömrə nişanını almaq üçün 50 min dollar pul xərclədiyi də söylənilir.
Yazılanlarla bağlı qarşı tərəfin də fikirlərini verməyə hazırıq.


Bolgexeber.com