BolgeXeber.Com » Siyasət » Tramp işə başlayan kimi nə edəcəyini açıqladı

Tramp işə başlayan kimi nə edəcəyini açıqladı

11-11-2016, 11:31
Oxunub: 2 730 Tramp işə başlayan kimi nə edəcəyini açıqladı"İşə başlayan kimi səhiyyə və immiqrasiya məsələləri ilə ciddi məşğul olmağa başlayacağam"

Milli.az bildirir ki, ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş respublikaçı Donald Tramp dünən Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayanla görüşdən sonra belə deyib.

Rayanın ofisində jurnalistlərin qarşısında çıxış edən Tramp deyib: "Bildiyiniz kimi, vergiləri də azaltmaq niyyətindəyik. Düşünürəm ki, amerikalılar üçün çox möhtəşəm işlər görəcəyik".