BolgeXeber.Com » Bölgə » Hacıqabulda 12 noyabr Konstitusiya günü qeyd edilib

Hacıqabulda 12 noyabr Konstitusiya günü qeyd edilib

11-11-2016, 14:14
Oxunub: 2 900 Hacıqabulda 12 noyabr Konstitusiya günü qeyd edilibMilli Konstitusiyamız işıqlı sabahımız, demokratik inkişafımızın qarantıdır

Ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan Əsas Qanunumuz xalqımızın yekdil və sarsılmaz iradəsini əks etdirərək, müstəqil dövlətimizin əsas prinsiplərini, demokratik dövlət quruculuğunun başlıca istiqamətlərini, ölkə vətəndaşlarının fundamental hüquq və vəzifələrini müəyyənləşdirmişdir.

İlk Konstitusiyamızın qəbul olunmasının artıq 21 ili tamam olur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiyamız qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanır. Milli Konstitusiyamızın qəbulu ölkəmizin həyatında mühüm tarixi hadisə kimi yadda qalmışdır. Konstitusiyamız dövlət quruculuğunda, ictimai-siyasi, sosial-mədəni və iqtisadi sahələrdə demokratik proseslərə təkan verdi. İnsan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətin humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qruplar arasında harmonik münasibətlərini stimullaşdırır.
12 noyabr 1995-ci ildə referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbul edilməsi qarşıda geniş üfüqlər açmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin yeni Konstitusiya hazırlanmasında, qəbul edilməsində gərgin əməyi və töhfəsi danılmazdır.
Artıq 21 ildir ki, cəmiyyətimiz müasir Konstitusiya əsasında yaşayır.Bu dövr ərzində bir çox sahələrdə əldə edilmiş nailiyyətlər dövlətimizin sivil dövlətlər ailəsinin tamhüquqlu üzvü olmasına əsas yaratmışdır.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsasında hər zaman insan amili dururdu. Azərbaycanda bu gün də bu siyasət uğurla həyata keçirilir, hər şey insan üçün, hər şey Azərbaycan vətəndaşı üçündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını da bu prinsip təşkil edir.

Müasir tariximizin əlamətdar hadisələrindən olan 12 noyabr Konstitusiya günü Hacıqabuldaa da qeyd olunmuşdur. Əlamətdar gün münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı idarə, müəssisə rəhbərləri ulu öndər, Milli Kostitusiyamızın banisi Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzmüşlər.
Bolgexeber.com