BolgeXeber.Com » İqtisadiyyat » “Azercell”in prezidenti bezdirici SMS-lərdən danışdı

“Azercell”in prezidenti bezdirici SMS-lərdən danışdı

12-11-2016, 09:27
Oxunub: 3 709 “Azercell”in prezidenti bezdirici SMS-lərdən danışdı“Heç kimin razılığı olmadan onu hansısa xidmətə qoşmurlar”

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərin qısa nömrələrdən gələn SMS-lərlə bağlı suallarını cavablandıran Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin rəhbəri Vahid Mürsəliyev deyib.

V.Mürsəliyevin sözlərinə görə, məsələ ilə bağlı araşdırma gedir və gələcəkdə məsələ tənzimlənəcək: “Bu xidmətləri “Azercell” həyata keçirmir. Biz qısa SMS nömrələri ayırırıq və üçüncü tərəf bu SMS-ləri göndərir.

Bu tipli SMS-lərlə bağlı ayrıca müqavilənin imzalanması məsələsi gündəmdədir və düşünürəm ki, gələcəkdə hansısa formada həll ediləcək”.

“Azercell” rəhbəri deyib ki, mobil nömrələrin daşınması xidməti özünü doğrultmayıb: “Bu, abonentlərin rahatlığı baxımından çox yaxşı xidmətdir, amma Azərbaycanda özünü doğrultmayıb”.