BolgeXeber.Com » Siyasət » Tramp prezident maaşından imtina etdi - Cəmi 1 dollar alacaq

Tramp prezident maaşından imtina etdi - Cəmi 1 dollar alacaq

14-11-2016, 11:09
Oxunub: 3 439 Tramp prezident maaşından imtina etdi - Cəmi 1 dollar alacaq ABŞ-ın yeni dövlət başçısı seçilən milyardçı Donald Tramp prezident məvacibindən imtina edib

Bunu Tramp CBS telekanalına müsahibəsində bəyan edib."Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm ", - deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır. “Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.