BolgeXeber.Com » Şou-Biznes » İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi

İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi

24-08-2012, 10:40
Oxunub: 4 632 Xalq artisti İlhamə Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Bu barədə məlumatı Lent.az-a xalq artistinin prodüseri Lamiyə Ələkbərova deyib. Onun sözlərinə görə, İlhamə Quliyevanın bu gün əməliyyat olunması nəzərdə tutulsa da, həkimlər ona əməliyyatdan öncə bir gün xəstəxanada qalmağı tövsiyə edib: “Ona görə də ilkin olaraq, analizlər veriləcək. Həkimlər söylədilər ki, o, bir gün xəstəxanada qalmalıdır. Növbəti gün isə əməliyyata olunacaq. Çox güman ki, əməliyyat sabah olacaq”.

İlhamə Quliyeva əməliyyatdan öncə Lent.az-a açıqlamasında özünü gümrah hiss etdiyini deyib: “Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır”.

Qeyd edək ki, bu yaxınlarda 64 yaşını qeyd edən xalq artisti canlı efirdə ürək-damar sistemində problemlər olduğunu söyləyərək, əməliyyat olunacağını deyib.