BolgeXeber.Com » Ölkə » Bölgə TV yeni rubrikaya start verir!

Bölgə TV yeni rubrikaya start verir!

14-11-2016, 12:15
Oxunub: 2 886 Bölgə TV yeni rubrikaya start verir!Daim operativ, dəqiq və qərəzsiz xəbərləri ilə kifayət qədər izləyici toplamış Bölgə TV(BTV.az) “Deputatlarımız Harda? və Necə?” adlı yeni rubrikanın hazırlıq mərhələsindədir

Kanalın redaktoru İbrahim Mahmudovun təşəbbüsü ilə hazırlanan rubrikanın əsas məqsədi sadə vətəndaşlar və Millət vəkilləri arasında olan münasibətin bəzən səmimi, bəzən isə qaranlıq məqamlarını sizlərə göstərməkdir.
Hansı deputat vəkili olduğu sakinlərlə maraqlanır, hansı öz sərvətini artırmaqla məşğul olduğuna görə sakinlərin görüşünə gəlmir, bütün bu məsələlər işıqlandırılacaq.
Artıq kanalımızın bölgə müxbirləri və operatorları sorğu keçirməyi nəzərdə tutduğumuz bölgələrə göndərilib. Çəkilişlər tam sürət davam edir.
Rubrikamızın ilk qonaqları Milli Məclisin deputatları Çingiz Qənizadə və Fəzail İbrahimli olacaq.
Deputatların və seçicilərin müsahibələrini heç bir təhrifə yol vermədən yayınlayacağımız rubrikanın geniş izləyici kütləsində maraq oyadacağına inanırıq.

Bolgexeber.com