BolgeXeber.Com » Gündəm » Vüsal Novruzovun bu hərəkəti Fövqəlnaziri qıcıqlandırdı!

Vüsal Novruzovun bu hərəkəti Fövqəlnaziri qıcıqlandırdı!

15-11-2016, 09:27
Oxunub: 11 347 Vüsal Novruzovun bu hərəkəti Fövqəlnaziri qıcıqlandırdı!Son illər qalmaqallarla ölkə mətbuatını zəbt edən Vüsal Novruzovla bağlı iddialar səngimək bilmir

Keçən dəfəki yazıda Vüsal Novruzovun ona olan etimaddan istifadə edərək, dövlətdən çox özünə qulluq etdiyindən yazmışdım. Son günlər mətbuatda dərc olunan xəbərlərə diqqət etsək, Vüsal Novruzov və Kəmaləddin Heydərov arasındakı münasibətdə ciddi soyuqluq yarandığının şahidi olarıq.
Belə ki, bu ilin əvvələrində Bakı Baş Gömrük İdarəsində qəflətən aparılan yoxlamalar nəticəsində ümumi kassaya ödənişlərin xeyli azaldıldığı və ya mənimsənildiyi məlum olmuşdu.
Bolgexeber.com bildirir ki,iddiaya görə təftişin nəticələri dərhal YUXARIYA məruzə edilmiş və nəticədə Vüsal Novruzovun himayədarı Kəmaləddin Heydərov ciddi şəkildə son xəbərdarlıq almışdı. Cənab Heydərov da öz növbəsində Vüsal Novruzovu lazımı yerə apartdıraraq, ondan izahat tələb etsə də, Novruzovun izahatı Fövqəlnaziri qane etmədiyinə görə onu yanından qovmuşdu.
Novruzovun növbəti qalmaqalı isə, Kəmaləddin Heydərovla aralarında baş verən yeni skandal olub.
Vüsal Novruzov bu yaxınlarda ölkəmiz üçün mötəbər bir gündə mətbuatdakı yaxın adamlarına tapşırıq verərək Kəmaləddin Heydərovun ünvanına xoş təriflər yazdırıb.

Onu ölkənin ən dəqiq və işində məsuliyyətli naziri kimi qələmə verərək, çoxlu düşmən qazanmasına şərait yaratmaq eşqinə düşüb. Təbii ki bu “təxribatın” kim tərəfindən idarə olunduğu Kəmaləddin Heydərovun qulağına çatıb və o, dərhal tələb edib ki, həmin gün haqqında yazılan bütün yazılar silinsin. Çünki belə mötəbər gündə onun haqqında yazılanların təsadüfi olmadığını yaxşı bilirdi.
Vüsal Novruzov bu hərəkətilə Fövqəlnazirin qıcıq toxumlarına su səpib.
Hətta Kəmaləddin Heydərov Vüsal Novruzovu öz yanına çağırtdıraraq, ona ciddi xəbərdarlıq edib.
Sözügedən xəbərdarlığın təfərrüatları və “təxribata” hansımötəbər gündə start verildiyi haqqında Bölgəxəbər-ə ilginc məlumatlar daxil olub. Həmin məlumatlar da yeni yazıda öz əksini tapacaq. Saytımızı izləmədə qalın.
Yazılanlarla bağlı qarşı tərəfin də fikrini verməyə hazırıq.

Bolgexeber.com