BolgeXeber.Com » Sosial » Bakıda məcburi köçkünlər yolu bağladılar - VİDEO

Bakıda məcburi köçkünlər yolu bağladılar - VİDEO

15-11-2016, 10:20
Oxunub: 2 871 Bakıda məcburi köçkünlər yolu bağladılar - VİDEOMəsələ ilə bağlı rəsmi açıqlama verilib

Bakıda məcburi köçkünlər etiraz aksiyası keçirirlər. Xətai rayonu, Gəncə prospekti 20 A-da toplaşan vətəndaşlar etirazlarını yolu bağlayaraq ifadə edirlər. Həmin ərazidəki yarımçıq tikilmiş binanın sakinləri yaşadıqları 16 mərtəbəlinin qəzalı vəziyyətdə olduğunu bildiriblər. Onlar binada çatlar yarandığını və sürüşməyə məruz qaldığını qeyd edirlər. Məcburi köçkünlərin tələbi problemin həll edilməsidir.
Məsələyə Xətai rayon İcra Hakimiyyəti münasibət bildirib. İcra başçısının müavini Zaməddin Əkbərov “Qafqazinfo”ya açıqlamasında etirazda təxminən 60-70 nəfər sakinin iştirak etdiyini bildirib: “Etirazçılar yolu bağlamağa cəhd ediblər. Biz dərhal hadisə yerində olduq, onlarla söhbət etdik, lazımı izahatı verdik. Bildirmək istəyirəm ki, hələ 1994-cü ildə binanın tikintisini aparan şirkət özbaşına olaraq texnikasını yığışdıraraq ordan çıxıb və binanın tikintisini saxlayıb. Bununla da tikinti yarımçıq qalıb. O vaxt bina qəzalı vəziyyətə düşüb. Aidiyyatı orqanların qərarı ilə binanın sökülməsi qərarlaşdırılıb - 7 mərtəbə sökülüb, 9 mərtəbə isə saxlanılıb”.
Zaməddin Əkbərov qeyd edib ki, mütamadi olaraq bu binayla bağlı tədbirlər görülür: “Bina doğrudan da qəzalıdır. Biz hər il olduğu kimi, cari ildə də 4 dəfə aidiyyatı orqanlara, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Maliyyə Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə müraciətlər etmişik. Nazirlər Kabinetinin tapşırığı ilə “Qaçqınkom”un işçi qrupu komissiya şəklində binada yaşayanların uçotunu aparıb. Qeydiyyat keçirilib, onların hansı rayondan olmaqları dəqiqləşdirilib”.
İcra başçısının müavini əlavə edib ki, hazırda bu məsələylə bağlı müzakirələr gedir: “Hər halda, bununla bağlı 1 qərar qəbul ediləcək. Amma sakinlər problemin tezliklə həllini tələb edirlər. Vətəndaşlara da izah etdik ki, məsələ tam olaraq bizim səlahiyyətimizdə deyil, biz yenə də öz növbəmizdə sabahdan etibarən müvafiq qurumlara müraciətlər edəcəyik”.