BolgeXeber.Com » İqtisadiyyat » Rubl yenidən çökməyə başlayacaq - Şok proqnoz

Rubl yenidən çökməyə başlayacaq - Şok proqnoz

15-11-2016, 14:59
Oxunub: 3 640 Rubl yenidən çökməyə başlayacaq - Şok proqnoz Beş aydır ki, Rusiya iqtisadiyyatı xarici valyuta itirməyə davam edir

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Finans.ru” saytı Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən yayıb. Sayta görə, ölkəyə daxil olan dollar və avronun böyük bir qismi idxalat üçün ödənilir, yerdə qalan pul şəxsi kapital axını ilə yeyilir:

“Ölkədən keçən ay ərzində 800 milyon dollarlıq kapital axın edib. Son 10 ay ərzində isə ölkəyə daxil olan valyuta 3,7 dəfə azalaraq 16 milyard dollar olub. Bu isə 1999-cu ildən bu yana ən zəif göstəricidir. İlin sonuna qədər bu situasiya daha da pisləşəcək. Dekabr ayında Mərkəzi Bank kreditorlara 13,4 milyard dollar pul qaytarmalıdır. Əgər neft qiymətləri 45-47 dollara qədər qalxmasa, noyabr-dekabr aylarında ölkəyə valyuta axını cəmi 1,9 milyard dollar olacaq. Bu isə xarici borcu qapatmaq üçün yetərli deyil. Valyuta defisti rublun hətta neftin qiyməti stabil olan zaman da öz dəyərini itirməsinə şərait yaradacaq. Neft 40 dollar olsa, dolların kursu 82,5 rubla qədər ucuzlaşacaq”.