BolgeXeber.Com » Dünya » Putin rüşvətə görə naziri işdən çıxardı

Putin rüşvətə görə naziri işdən çıxardı

16-11-2016, 11:12
Oxunub: 2 491 Putin rüşvətə görə naziri işdən çıxardıRusiya prezidenti Vladmir Putin ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi tutduğu vəzifədən azad edib

Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.Qeyd edək ki, iqtisadi inkişaf naziri iki milyon dollar həcmində rüşvət götürməkdə ittiham edilir. İstintaq komitəsi bəyan edib ki, A.Ulyukayev pulu götürərkən cinayət başında həbs edilib.

Ulyukayev məhkəmədə günahını etiraf etməyib.