BolgeXeber.Com » Bölgə » Kürdəmirdə müəllimlər 2 aydır maaş ala bilmir – SƏBƏB

Kürdəmirdə müəllimlər 2 aydır maaş ala bilmir – SƏBƏB

16-11-2016, 15:36
Oxunub: 3 000 Kürdəmirdə müəllimlər 2 aydır maaş ala bilmir – SƏBƏBKürdəmir rayonunda müəllimlər 2 aydır maaşlarını ala bilmirlər

Bolgexeber.com xəbər verir ki, müəllimlərin Publika.az-a verdiyi məlumata görə, problem rayonun bütün məktəblərində yaşanır.

Onların sözlərinə görə, yalnız sentyabrın ilk 15 günlüyünün maaşını ala biliblər. Bu ildən müsabiqədən keçən müəllimlərə isə nə həvəsləndirmə mükafatı, nə də maaş verilib. Müəllimlər bildirir ki, Təhsil Nazirliyindən onlara təhsil şöbələrinin yerli icra hakimiyyətlərinin tabeliyində olduğunu və bu məsələyə müdaxilə etmədiklərini deyiblər. Beləcə, dərs saatları ilə bağlı məlumatlar təqdim edilsə də, maaşlar gecikir.

Kürdəmir təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev maaşların gecikməsini təsdiqləyib və səbəbi də açıqlayıb:

“Maaşların gecikmə səbəbi dövlət vəsaitinin düzgün istiqamətlənməsi ilə bağlı tarif cədvəllərində aparılan dürüstləşmə ilə bağlıdır. Biz dərs saatlarını təqdim etmişdik, sadəcə aidiyyatı orqan tərəfindən dürüstləşmə işləri aparılırdı. Artıq proses başa çatıb, maliyyə vəsaitləri ayrılıb. Maaşlar hesablara köçürülüb. Bu gün axşam və ən geci sabah müəllimlər maaşlarını ala biləcək”.