BolgeXeber.Com » Dünya » Məşhur fizik Stiven Hokinq: “Yerdə min il sonra həyat olmayacaq”

Məşhur fizik Stiven Hokinq: “Yerdə min il sonra həyat olmayacaq”

16-11-2016, 16:26
Oxunub: 3 509 Məşhur fizik Stiven Hokinq: “Yerdə min il sonra həyat olmayacaq”İnsanlığın Yer üzündə yaşamını başa vurmasına 1000 ildən az vaxt qalıb

Axar.az xəbər verir ki, bunu Oksford Universitetində çıxışı zamanı məşhur fizik Stiven Hokinq deyib.

Onun sözlərinə görə, insanlıq Yerdən necə qaçacağını öyrənmək üçün kosmosun tədqiqatına daha çox maraq göstərməlidir:

“Yəqin ki, gözəl günlərin birində biz qravitasiya dalğalarından istifadə edərək Böyük Partlayışın “ürəyinə” birbaşa baxa biləcəyik. Kosmosda çoxlu sayda kəşflər olsa da, bu, hələ azlıq təşkil edir. Onu insanlığın gələcəyi üçün tədqiq etmək lazımdır. Mən bizim daha 1000 il kövrək planetimizdə yaşayacağını düşünmürəm. Kosmosa uçmasaq, gələcəyimiz yoxdur. İnsanlığın sonu üçün əsas təhdid nüvə müharibəsi, genetik modifikasiya virusu və süni intellektin inkişafıdır”.