BolgeXeber.Com » Bölgə » Cəlilabadlı məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində səfərə çıxdılar

Cəlilabadlı məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində səfərə çıxdılar

17-11-2016, 09:55
Oxunub: 3 233 Cəlilabadlı məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində səfərə çıxdılarCəlilabad rayonunun məktəbliləri Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları ilə yaxından tanış olacaqlar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 17-dən 20-dək davam edəcək tur-aksiyanın Cəlilabad rayonundan olan iştirakçıları - ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və məktəbliləri müşaiyət edəcək şəxslər noyabrın 17-də səhər saatlarında ölkənin Qərb bölgəsinə yola düşüblər.Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə tur-aksiya iştirakçılarının yolasalma mərasimində İcra aparatının əməkdaşları, təhsil işçiləri və valideynlər iştirak ediblər.Aksiya iştirakçıları il öncə Cəlilabad rayon Heydər Əliyev parkında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,önünə tər gül- çiçək dəstələri qoymuşlar.Sonra iştirakçılar möhtəşəmliyi ilə gözoxşayan Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini,həmçinin Cəlilabad rayonuna etdiyi səfərləri əks etdirən fotolarla tanış oldular.Məktəblilər və müşaiyət edəcək şəxsələr dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə Avtomobil Zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.Yolasalma mərasimində çıxış edənlər dövlətimizin başçısının tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün təşkil edilmiş “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək dəyərləndirərək məktəblilərə Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com
Cəlilabadlı məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində səfərə çıxdılar
Cəlilabadlı məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində səfərə çıxdılar
Cəlilabadlı məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində səfərə çıxdılar