BolgeXeber.Com » Dünya » 77 nəfərin qatili həbsxanada kef çəkəcək – FOTOLAR

77 nəfərin qatili həbsxanada kef çəkəcək – FOTOLAR

24-08-2012, 22:30
Oxunub: 4 734 Norveçin İl həbsxanası Anders Breyvikin saxlanacağı kameradan fotoları yayıb.

“Mignews”un yaydığı məlumatına görə, artıq həbsxana adminstrasiyası terrorçunu qəbul etməyə hazırdır. Breyvik üçün həbsxananın bir qanadında xüsus hazırlıq işləri görülüb. Terrorçuya üç kamera ayrılıb: yataq otağı, idman zalı və kabinet.

Otaqlardakı mebel yerə elə pərçim olunub ki, məhbus ondan silah kimi istfadə edə bilməsin. Breyvikin internetə girmək imkanı olmayacaq, amma ona Vikipediyanın offlayn versiyası təqdim olunacaq.
Məhbusun hava alması üçün ona ayrıca həyət sahəsi ayrılıb. Bura hündür beton divar və tikanlı məftillə əhatə olunub.
İyulda İl həbsxanasının yenidən qurulması zamanı Breyviki digər cəzaçəkmə müəssisəsinə köçürüblər.
Qeyd edək ki, bu gün Anders Breyvikə məhkəmədə 21 il həbs cəzası verilib. Breyvik 22 iyul 2011-ci ildə 77 adamın həyatına son qoymuşdu