BolgeXeber.Com » Gündəm » Gömrük Generalı Səfər Mehdiyevin yaxın qohumunun villaları-FOTOLAR

Gömrük Generalı Səfər Mehdiyevin yaxın qohumunun villaları-FOTOLAR

17-11-2016, 16:22
Oxunub: 7 369 Gömrük Generalı Səfər Mehdiyevin yaxın qohumunun villaları-FOTOLARMirməhəmməd Seyidovun yanacaq qaçaqçılığını da araşdırdıq

Məlum oldu ki, Türkiyənin Iğdır Vilayətində 3, Ərzurumda isə 1 yanacaqdoldurma məntəqəsi fəaliyyət gostərir . Qaçaq kecirilən yanacaqlar məzh Mirməhəmməd Seyidovun öz "zapravkalarında" satılır.

Iğdırdan gələn yük daşıyan kürd şirkətlərinin 80 faizi ilə ortaqlığı var.

Ortaqlığı qəbul etməyən şirkətlər Sədərək Gömrük İdarəsi vasitəsi ilə yük daşıya bilmirlər. Həmin kürd daşıyıcı şirkətlərin yük maşınları Sədərək Gömrük İdarəsi vasitəsi ilə hər zaman növbədənkənar keçirlər.
Gömrük Generalı Səfər Mehdiyevin yaxın qohumunun villaları-FOTOLAR

Bir necə ay bundan əvvəl Mirməhəmməd vəzifədən müvəqqəti uzaqlaşdırılan zaman, bu şirkətlər gömrükdə Mirməhəmməd Seyidovun qayıtması üçün ciddi qarışıqlıq yaratdılar. Hətta bir necə gün hər iki gömrük işləmədi. Mirməhəmmədin Şərur rayonunda bir neçə evi , bağ evi , Bakının sahil ətrafı "Port Bakunun" binasında 3 evi alaraq birləşdirməsi, həmin binayla üz-üzə binada da 4 otaqlı evinin olmasi, Turkiyənin İstanbul şəhərində otel, AVM və bir neçə villa və evlərinin olması, Şahbuz rayonunun Batabat yaylağında 8000 kv2 torpaq sahəsində 720 kv2 4-5 milyon manat layihə dəyəri olan villanın hazırda tikilməsi, Novxanıda bağ evi bu evin təqribən dəyəri 7 milyon manatı keçir.
Gömrük Generalı Səfər Mehdiyevin yaxın qohumunun villaları-FOTOLAR

Həmin bu ev mərkəzi idarəetmə sistemi ilə kənardan idarə oluna bilir. Evin bütün işləri elektronlaşıb. İstilik sistemi, elektirik sistemi, həyətin suvarılması, həyətdəki hovuzun qızdırılması və sair kənardan idarə oluna bilir. Ev əşyalarının Avropa istehsal olması, təkcə bir televizorun 12 min avroya alınması, bu adamın hansı səviyyədə qaçaqçılıqla məşğul olmasının, hansı miqdarda rüşvət alması və ən əsası dövlətin külli miqdarda vəsaitinin mənimsənilməsi faktını ortaya qoyur. Bütün bunlara niyə göz yumulur bu çox maraqlıdır. Amma bu səbəblər araşdırılır. Onu da qeyd edək ki, Mirməhəmməd Seyidovun Dövlət Gömrek Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı.Səfər Mehdiyevin yaxın qohumu olduğu bildirilir.Mənbə: arazmedia.az