BolgeXeber.Com » Şou-Biznes » Elzadan “Ha-ha-ha” açıqlaması: - “Müşfiqin sözlərinə dahiyanə yanaşmışam”

Elzadan “Ha-ha-ha” açıqlaması: - “Müşfiqin sözlərinə dahiyanə yanaşmışam”

18-11-2016, 09:49
Oxunub: 3 343 Elzadan “Ha-ha-ha” açıqlaması: - “Müşfiqin sözlərinə dahiyanə yanaşmışam”Himn qalmaqalından sonra müğənni Elza Seyidcahan yenidən gündəmə gəlib

Bu dəfə isə səbəb görkəmli şair Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə bəstəkar Xanməmmədovun bəstələdiyi mahnını qəribə variantda oxuması olub.

Belə ki, telekanallardan birində qonaq olan müğənni məşhur mahnını özünün müşayiəti ilə ifa edərkən dəfələrlə “ha-ha-ha”dan istifadə edib. Mexyanaçı Elnur Ağdamlı isə musiqinin sədaları altında bədahətən kiçik meyxana deyib. Müğənni bu ifası sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub. Bəziləri bəstəkar-müğənnini görkəmli şairin sözlərinə olan mahnını qeyri-adi tərzdə ifa etməkdə qınayıb, tənqid atəşinə tutub. Tənqid edənlər sırasına sənətçilərdən də qatılanlar olub.

Elza Seyidcahan onu qınayan bəzi həmkarlarına bu cür cavab verib: “Onlar musiqiçi olmazlar. Məgər hər oxuyan Molla Pənah Vaqif olur? Onlar iş tapa bilməyib, bu sənətə gəliblər ki, bəlkə musiqiçi olub, ağ günə çıxalar. Amma bəyəm musiqiçi olmaq asandır? Bəziləri gəlib bir televiziyaya işə düzəlir, sonra isə istəyirlər ki, müğənni olsunlar.

Dahi Müşfiqin sözlərinə olan mahnıya gəldikdəsə, mənə elə gəlir ki, təvazökarlıqdan uzaq da olsa, mən dahiyanə yanaşmışam. Ona görə də hər dəfə o musiqi səslənəndə böyük müzakirələrə səbəb olur. Neçə ilin əsəridir. Hər dəfə ifa olunan da yeni əsər kimi səslənir.

Qaldı ki, meyxanaçılara, onlar hamısı mənim fanatlarımdır. Hər zaman meyxanalarda mənim adım çəkilir, hallandırılır, musiqlərimdən istifadə edirlər. Demək ki, nəsə var ki, onu edirlər. Onlar da hamısı sənətkarlardır. Elnur da istedadlı söz xiridarıdır. O, öz istəyi ilə “Tapmaca” mahnıma müraciət edib. Həmin vaxt mən ekspromt yanaşma etdim. Mənə “ha-ha-ha” etdi, mən də ona pianoda cavab verdim, o da mənim ritmimi tutdu və bir neçə saniyəlik ekspromt etdik. Mənim tələbəm Sevinc Bəyaz “Türkvizion” yarışmasında bu mahnı ilə çıxış edəcək və bu əsərlə biz birinci olub, Bakıya qayıdacağıq”.