BolgeXeber.Com » Müsahibə-Reportaj » Kazinoda 270 min uduzan eks-deputat danışdı: “Heç 5 manatım da yoxdur”

Kazinoda 270 min uduzan eks-deputat danışdı: “Heç 5 manatım da yoxdur”

18-11-2016, 13:59
Oxunub: 4 527 Kazinoda 270 min uduzan eks-deputat danışdı: “Heç 5 manatım da yoxdur”Milli Məclisin Kürdəmirdən olan keçmiş deputatı, lisenziyası geri alınmış "Debüt bank”ın sabiq rəhbəri Fərhad Qəribov Tibilisidəki kazinoların birində 270 min dollar uduzması barədə Azərbaycan mətbuatında yayılmış xəbərə münasibət bildirib

O, Modern.az-a açıqlamasında deyib ki, yazılanlar yalandan başqa bir şey deyil: "Mən bilmirəm bunu kim yazır, niyə yazır, məndən nə istəyir. Amma heç maraqlı da deyil. Mən hazırda evimdəyəm, Bakıda”.

F.Qəribov ümumiyyətlə kazinolara getməyi xoşlamadığını vurğulayıb: "Mən kazinoya getməyi xoşlamıram. Mənim təqaüdümü yığsanız, heç o qədər eləməz. Hardandır məndə 270 min dollar ki, onu uduzam?”

Eks-deputat "haqqin.az-da 270 min dollar uduzduğunuz iddia olunan xəbərlə yanaşı, kazinoda çəkilmiş videoda görüntüləriniz də var, buna nə deyirsiniz” sualına "olsun, bunlar məni qətiyyən narahat etmir və maraqlandırmır. Mənim heç 5 manat pulum yoxdur, qaldı ki, 270 min dollarım ola və onu kazinoda uduzam”, - deyə cavab verib.